“Azərbaycanla sülh sazişi imzalamağa hazırıq” - Paşinyan
"Ermənistan Azərbaycanla sülh sazişi imzalamağa hazırdır”.
Azia.az-ın xəbərinə görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib. Onun sözlərinə görə, bunun üçün tərəflər arasında danışıqlar aparılmalıdır.
Paşinyan hesab edir ki, Azərbaycan-Ermənistan sərhədlərinin müəyyənləşməsi ilə bağlı delimitasiya və demarkasiya komissiyası tez bir zamanda yaradılmalıdır.