azia.az
azia.az

Paşinyan: “Azərbaycanla sərhədin demarkasiyası üzrə işlərin gücləndirilməsi lazımdır”

12-08-2021, 16:00

Paşinyan: “Azərbaycanla sərhədin demarkasiyası üzrə işlərin gücləndirilməsi lazımdır”
Baş nazir Nikol Paşinyan hökumətin iclasında bildirib ki, delimitasiya və demarkasiya işlərinin gücləndirilməsi lazımdır.

Bu barədə “Sputnik Ermənistan” xəbər yayıb.

Ermənistanın hökumət başçısı həll edilməsi üçün daha çox vaxt tələb edən məsələlər olduğunu vurğulayıb.

“Ancaq yanaşma birmənalı olmalıdır - buna getmək”, - deyə o bildirib.

Paşinyan qeyd edib ki, kifayət qədər tez həll oluna biləcək məsələlərdən biri regionda kommunikasiyaların açılmasıdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi