azia.az
azia.az

Qarabağla bağlı danışıqlara hazırıq, təkliflər gözləyirik - Nikol

24-08-2021, 12:41

Qarabağla bağlı danışıqlara hazırıq, təkliflər gözləyirik - Nikol
Rəsmi İrəvan Qarabağla bağlı konstruktiv danışıqlara hazırdır.

Azia.az xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan hökuməti ATƏT-in Minsk Qrupunun həmsədrləri çərçivəsində danışıqlar prosesinin yenilənməsini vacib sayır.

Paşinyan Ermənistanın danışıqlar prosesində ən yüksək səviyyədə iştirak etməyə hazır olduğunu və konkret təkliflər gözlədiyini söyləyib.

Ermənistan baş naziri həmçinin Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyasının maksimal şəkildə sürətli aparılmalı olduğunu bildirib:

“Siyasi küy ucbatından təəssüf ki, yazda planlaşdırılan nəticəni əldə etmək mümkün olmadı. Ermənistan-Azərbaycan sərhədindəki qeyri-stabil situasiya bu prosesin başlanması üçün ciddi təhdiddir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi