azia.az
azia.az

Azərbaycanla İran arasında yeni körpü: əlaqələr genişləndirilir - EKSPERTLƏR

9-12-2021, 17:16

Azərbaycanla İran arasında yeni körpü: əlaqələr genişləndirilir - EKSPERTLƏR
İran və Azərbaycan Astaraçay üzərində avtomobillər üçün yeni körpünün tikintisinə dair razılıq əldə edilib.
Bunu İranın yol və şəhərsalma nazirinin müavini, ölkənin nəqliyyat və infrastrukturunun tikintisi və inkişaf etdirilməsi şirkətinin baş direktoru Xeyrulla Xademi deyib.

Azərbaycanla İran arasında yeni körpü: əlaqələr genişləndirilir - EKSPERTLƏR
Məsələ ilə bağlı millət vəkili Azər Badamov Bakupost.az -a bildirib ki, tikiləcək yeni körpü ölkələrimizin ixrac -idxal əməliyatlarının həyata keçirilməsini rahatlaşdıracaq və beynəlxalq tranzit daşınmalardan gələn mənfəətin artmasına töhfə verəcək:

Azərbaycanla İran arasında yeni körpü: əlaqələr genişləndirilir - EKSPERTLƏR
“İranla Azərbaycan arasında Astara çayı üzərində avtomobil körpüsünün yenidən inşası ilə bağlı razılıq imzalanıb. Təbii ki, ölkəmizin təqdim etdiyi beynəlxalq nəqliyyat dəhlizləri mövcud ənənəvi nəqliyyat yollarından həm vaxt baxımından, həm də rentabellik baxımından daha sərfəlidir. Ona görə də qonşu dövlətlərlə birləşdiyimiz körpülərin fəaliyyətinin artırılması aktuallaşıb. Bir müddət əvvəl Rusiya ilə sərhəddə yerləşən Samur körpüsünü yenidən qurduq . Bu, bizə avtomobil nəqliyyatı ilə daşımaların həcminin kifayət qədər artırmağa imkan verib. İranla sərhəddə yerləşən Astaraçay körpüsü də 70-80 il əvvəl inşa olunub. İstismar müddəti bitdiyi üçün körpü köhnəlib, yük buraxma qabiliyyəti isə günün tələblərinə cavab vermir. Ona görə də körpünün yenidən qurulması vacibdir və əldə olunmuş razılıq da hər iki ölkəyə böyük iqtisadi xeyir gətirəcək. Bu, ölkələrimizin ixrac -idxal əməliyatlarının həyata keçirilməsini rahatlaşdıracaq, həm də beynəlxalq yüklərin müvafiq beynəlxalq marşurutlarla daşınmasına və beynəlxalq tranzit daşınmalarda gələn mənfəətin artmasına töhfə verəcəkdir”.
Məsələ ilə bağlı iqtisadçı-ekspert Elşad Məmmədov bildirib ki, tikiləcək yeni körpü vasitəsilə Azərbaycanla İran arasında yükdaşımaları intensivləşəcək:

Azərbaycanla İran arasında yeni körpü: əlaqələr genişləndirilir - EKSPERTLƏR
“Yeni körpünün tikintisi İranla Azərbaycan arasında iqtisadi əməkdaşlığın dərinləşməsi istiqamətində önəmli məsələdir. Həmçinin kənar qüvvələrin təsiri ilə iki ölkə arasında münasibətlərin kəskinləşməsi istiqamətində olan təxribatlar baş tutmadı. Artıq münasibətlər inkişaf xətti üzrə dəyişəcək. Tikiləcək yeni körpü vasitəsilə Azərbaycanla İran arasında yükdaşımaların intensivləşməsinin şahidi ola bilərik. Eyni zamanda hər iki ölkə arasında həm kənd təsərrüfatının, aqrar sənaye kompleksinin, eyni zamanda enerji mübadiləsi də gözlənilir və bu da iqtisadi fəallığın artırılmasına şərait yaradacaq. Bununla yanaşı bütövlükdə iki ölkənin qeyri xammal sektorunun inkişafı nöqteyi-nəzərdən əməkdaşlıqda böyük potensial var. Düşünürəm ki, bu körpünün və ümumilikdə infrastrukturun hazırlanması buna təkan verməlidir. Bu gün İran Azərbaycan arasında qarşılıqlı ticarət dövriyyəsi, investisiyaların həcmi potensialdan xeyli dərəcədə uzaqdır. Ona görə də düşünürəm ki, bu cür infrastruktur layihələrinin inkişafı hər iki ölkənin iqtisadi və siyasi maraqlarına cavab verir”.
İqtisadçı-ekspert vurğulayıb ki, həmçinin enerji sahəsində əməkdaşlıq dərinləşəcək və sənayeləşmənin inkişafını zəruri edəcək:
“Çünki enerji sektoru sənayenin sütunudur və belə olan halda biz sənaye sektorunun inkişafını gözləyə bilərik. O da öz növbəsində tikinti sektoru üzrə əməkdaşlığın dərinləşməsini diqtə edəcək. Bununla yanaşı Azərbaycanda idxalın hələ də yüksək səviyyədə olması məsələləri gündəmdədir. Bunun iqtisadiyyata təsirləri açıq-aşkar hiss olunur. Bu problemlərin həlli üçün bizə İranla iqtisadi əməkdaşlığın qurulması, birgə sənaye müəssisələrinin inşası və istismara verilməsi ölkənin idxaldan asılılığının xeyli dərəcədə azalması üçün lazımdır. İranın bu istiqamətdə kifayət qədər müsbət təcrübəsi var. Ona görə də münasibətlərin və kommunikasiyaların inkişaf etdirilməsi, hesab edirəm ki, hər iki ölkənin milli maraqlarına cavab verir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi