İran və Azərbaycan arasında ticarət inkişaf edəcək - İranlı rəsmi
İran və Azərbaycan arasında yükdaşıma və tranzit sahələrində xərclərin azaldılması ticarətin inkişafı ilə nəticələnəcək.
Azia.az bildirir ki, bunu Trend-ə açıqlamasında İranın Yol və Nəqliyyat Təşkilatının beynəlxalq tranzit və nəqliyyat idarəsinin baş direktoru Cavad Hedayəti deyib.
C.Hedayətinin sözlərinə görə, hazırda İran və Azərbaycan arasında yükdaşıma və tranzit xərclərinin qarşısında duran maneələrdən biri xərclərdir.
Hedayəti əlavə edib ki, İran və Azərbaycanın ticarətinin inkişafı qarşısında duran maneələrə rüsumların mürəkkəbliyi, icazə blanklarının sayını əlavə etmək olar: İki ölkə arasında rüsumlar qarşılıqlı olaraq hər bir tərəf üçün misal olaraq bir neçə milyon dollardır. Halbuki bu iki ölkənin ticarəti və tranzitinə böyük mənfi təsir göstərir. Amma bu rüsumlar azaldılarsa, ticarət və tranzit əlaqələri daha da inkişaf edə bilər".
İranlı rəsmi bildirib ki, nəqliyyat, ticarət əlaqələrinin inkişaf etdirilməsinin əsas infrastrukturlarından biri hesab olunur. İqtisadi baxımdan etibarlı, təhlükəsiz infrastrukturlar təmin olunmadıqca və ucuz yükdaşıma mövcud olmadıqca, heç bir ölkənin ticarəti lazım olduğu səviyyədə inkişaf edə bilməyəcək.