Soçi anlaşmasını pozan İrəvana Rusiyadan şok mesaj: “Bir dəfə xəyanət edən…”
“Rusiya Xarici İşlər Nazirliyinin Ermənistan parlamentinin spikerinə ünvanladığı gözlənilməz sərt demarş əslində, təkcə Alen Simonyana aid deyil, həm də Moskvanın Paşinyan rejimi ilə danışıqlar apara bilməməsindən və öhdəliklərini yerinə yetirməkdən imtina etməsindən artan qıcıqlanmasını əks etdirir”.
AZİA.AZ xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.
Onun sözlərinə görə, Ermənistan rəhbərliyi bu yaxınlarda Soçidə keçirilən üçtərəfli görüşdə əldə olunan razılaşmadan boyun qaçırması Moskvanı qıcıqlandırır:
“Rusiyanın İrəvanın konstruktiv mövqeyi ilə bağlı gözləntiləri növbəti dəfə özünü doğrultmadı. Ermənistan yenə də “rus balığını yeməyə”, eyni zamanda, yumşaq desək, Qərbin dizi üstə oturmağa çalışır.
Bütün bunlar isə o deməkdir ki, Cənubi Qafqazda sabitlik gözləməyə dəyməz. İrəvan açıq şəkildə Azərbaycana qarşı silahlı təxribatlar praktikasını davam etdirəcək. Üstəlik, ABŞ və Avropa İttifaqı Paşinyan vasitəsilə inadla regiona girməyə çalışır. Bu məqsədlə də, Ermənistanın köməyi ilə Rusiyanı bölgədə sıxışdırmaq istəyirlər.
Moskva Paşinyan və Soros komandasının böyük ümidlər bəslədiyi qarşıdan gələn Brüssel sammitinə hazırlığı diqqətlə izləyir. Rusiyanın İrəvandakı mövcud siyasi rejimə münasibətinə gəlincə, bu, “Bir dəfə xəyanət edənə iman yoxdur” adlı məlum həqiqətdə tam əksini tapıb”.
İqor Korotçenko bildirib ki, Ermənistan geosiyasi şahmat taxtasında piyada statusuna malikdir, amma Rusiya və digər qlobal oyunçularla münasibətlərdə özünü ağır fiqur kimi təsəvvür edir: “Bu piyada sadəcə Rusiya üçün oyndadır. Qərblə oyunda isə onu yeyəcəklər”./Teleqraf