"Soçidə Paşinyan ondan tələb olunan hər şeylə razılaşdı, ancaq..." - Korotçenko
""Rossiya 1" telekanalında Soçidəki sammitlə bağlı reportaja baxdım: Putinlə masa arxasında Paşinyan tutqun, küskün oturur, Əliyev isə sakit və arxayındır".
"Azia.az " xəbər verir ki, bunu rusiyalı ekspert İqor Korotçenko qeyd edib.
"Bir sözlə, Soçidə keçirilən sammitdə Paşinyan ondan tələb olunan hər şeylə razılaşdı. Ancaq bu barədə Ermənistanda daha sonra məlumat veriləcək ki, Paşinyan vəzifəsini itirməsin", - deyə ekspert bildirib.