Ermənistanın müdafiə nazirinin Qarabağa SENSASİON SƏFƏRİ: Karapetyan Qarabağa necə gəlib?
Ermənistanın müdafiə naziri general-mayor Arşak Karapetyan noyabrın 6-dan 8-nə kimi Qarabağda səfərdə olub. Alp.az xəbər verir ki, Arşak Karapetyan Qarabağa səfəri çərçivəsində burada olan erməni ordusunun tör-töküntüsü ilə görüşüb və onların döyüş hazırlığını yoxlayıb. Erməni əsgərlərini müküfatlandırıb. Müəmmalı olan isə generalın bu səfərə gəlməsinə və Laçın dəhlizini necə keçməsinə kimin icazə verməsidir. Rusiya sülhməramlıları bu dəfə də erməni məramlı olduğunu subut edir.