azia.az
azia.az

"Tapşırığı Karapetyan verib" - "Caliber” ermənilərin Qaragöldəki təxribatının təfərrüatını açıqladı - VİDEO

10-11-2021, 23:30


"Caliber” layihəsi noyabrın 9-da erməni silahlı qüvvələrinin Qarağöl yaxınlığındakı təxribatları barədə videomaterial hazırlayıb.
"Tapşırığı Karapetyan verib" - "Caliber” ermənilərin Qaragöldəki təxribatının təfərrüatını açıqladı - VİDEO
Layihənin "YouTube” səhifəsində yayımlanan süjetdə ərazidə daha əlverişli mövqelər ələ keçirməyə çalışan ermənilərin uğursuz cəhdlərinin təfərrüatları açıqlanır.

"Öz uğursuz sələflərindən nə iləsə fərqlənməyə çalışan Ermənistanın hazırkı müdafiə naziri Arşak Karapetyan silahlı qüvvələrin şəxsi heyətinə Qaragöl ətrafında, Azərbaycan - Ermənistan dövlət sərhədi yaxınlığında daha əlverişli mövqelər tutmaq barədə tapşırıq verib. O, iki yük avtomobillində atıcı silahlar və müvafiq sursatlarla təchiz edilmiş 60-dək erməni hərbçinin dövlət sərhəddi istiqamətində hərəkət etməsinə dair sənədi şəxsən imzalayıb”, - deyə süjetdə bildirilir.

Daha ətraflı "Caliber”in videomaterialında:
[media=http://https://www.youtube.com/watch?v=-7w9zCSmgrc]


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi