azia.az
azia.az

Türkiyə tarixində ən böyük diplomatik skandal: 10 Qərb səfiri ölkədən gedəcəkmi?

26-10-2021, 09:31

Türkiyə tarixində ən böyük diplomatik skandal: 10 Qərb səfiri ölkədən gedəcəkmi?
Ərdoğan Gezi hadisələrinə görə həbs edilmiş Osman Kavalanın azad olunmasını istəyən 10 səfiri “persona non grata” elan etdi, türk lirəsinin çöküş dövründə Qərblə gərginlik dərinləşdi - ekspertlərdən fərqli baxışlar

Türkiyə tarixində bəlkə də ən böyük diplomatik skandalla üzbəüz qalıb. Ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən 10 ölkə səfirinin “persona non qrata” elan edilməsi ciddi rezonans doğurub. “Yeni Müsavat” xəbər verir ki, türk lirəsinin dollar qarşısında kəskin şəkildə ucuzlaşdığı (1 dollar təxminən 10 lirə olub - E.S.) bir vaxtda hakimiyyət Qərblə açıq-aşkar diplomatik qarşıdurmaya getməkdədir.

Səbəb isə Gezi hadisələrinə görə həbs edilmiş Osman Kavalanın azad olunması üçün Qərb ölkələrinin səfirlərinin birgə bəyanatla çıxış etməsidir. Buna cavab olaraq Ərdoğan Kanada, Fransa, Finlandiya, Danimarka, Almaniya, Niderland, Yeni Zelandiya, Norveç, İsveç və ABŞ-ın Ankaradakı səfirlərini arzuolunmaz şəxslər elan edib və ölkədən getmələrini istəyib.

10 büyükelçi kim? Cumhurbaşkanı Erdoğan'dan büyükelçi açıklaması - Yeni Şafak

Sitat: “Yatırlar, qalxırlar - Kavala... Kavala Sorosun Türkiyə qoludur. Onun üçün Xarici İşlər Nazirliyinə 10 səfir gəlir. Bu nə tərbiyəsizlikdir? Türkiyəni tanıyacaq, anlayacaq, biləcəklər. Türkiyəni tanımadıqları, anlamadıqları gün buranı tərk edəcəklər”.

Türkiyə tarixində ilk dəfədir ki, Prezident 10 ölkənin səfirini ölkəni tərk etməyə çağırır. Bu tapşırıq Türkiyəni Qərblə üz-üzə qoymaqdadır və diplomatik qalmaqal ölkə iqtisadiyyatına, milli valyutasına mənfi təsirlər göstərə bilər. Türkiyənin Gələcək Partiyasının sədri Əhməd Davudoğlu deyib ki, 10 səfirin arzuolunmaz şəxs elan edilməsinin Osman Kavala və ya məhkəmənin müstəqilliyi ilə heç bir əlaqəsi yoxdur: “Belə olsaydı, ağır ittihamlar altında olan keşiş Branson Trampın telefon zəngi, Dəniz Yücəl isə Merkelin istəyi ilə buraxılmazdı. Ən çox ixrac həyata keçirdiyimiz ölkələrlə tariximizdə ən böyük diplomatik böhrana səbəb ola biləcək bu tələskənlik nədir?”

Feyzi İşbaşaran, Süleyman Soylu'nun istifa ettiğini öne sürdü

Süleyman Soylu
Türkiyə tarixində ən böyük diplomatik skandal: 10 Qərb səfiri ölkədən gedəcəkmi?
Türkiyə daxili işlər naziri Süleyman Soylu deyib ki, Kavalanı və Dəmirdaşı azadlığa buraxmadıq, PKK və FETÖ ilə mübarizədə heç kimdən göstəriş almadıq. Nazir səfirlərin müraciətini “siyasi qərar” adlandırıb. Soylu hesab edir ki, Qərb hazırda bir tamaşa oynayır və aktyoru da Avropadır.

Bəs bu qalmaqal nə ilə nəticələnə bilər? Səfirlər ölkədən gedəcəkmi? Türkiyənin bu addımı Qərblə münasibətləri korlayacaqmı? Bəzi siyasətçilər Ərdoğanın bu mövqeyini sərt tənqid edirlər və Türkiyənin Qərblə əlaqələrini daha da pisləşdirdiyini düşünürlər. Amma bu mövqeyi bölüşməyənlər də var və onların fikrincə, Türkiyə lideri qətiyyətli addım atıb.

Azerbaycan ateşkesle neler kazandı bu yararına mı? Abdullah Ağar statüye dikkat çekti - Internet Haber

Abdulla Ağar
Türkiyə tarixində ən böyük diplomatik skandal: 10 Qərb səfiri ölkədən gedəcəkmi?
Türkiyədən olan ekspert Abdulla Ağar “Yeni Müsavat”a bildirdi ki, əslində Qərb dövlətlərinin ölkəsinə diplomatik hücumu baş verib: “Çünki 10 ölkənin səfiri birgə Türkiyəyə qarşı birləşiblər. Onlar Xarici İşlər Nazirliyinə çağırılırlar, burada da mövqelərini davam etdirirlər. Bu, Vyana konvensiyasına görə bir ölkənin daxili işlərinə müdaxilə etməkdir, basqı göstərməkdir və Ərdoğanın buna verdiyi cavab çox yerindədir”.

A.Ağarın sözlərinə görə, daha əvvəl də dünya nümunəsində “persona non qrata” edilənlər olub: “Bu məsələ başqa istiqamətlərə daşınanda, əndazəsindən çıxır. Sən Kavala məsələsini diplomatik zərbə edərək dilə gətirirsən, bir dövlətə basqı edirsən. Niyə? Məqsəd seçkiqabağı manipulasiyalar etməkdir və Ərdoğan deyir ki, mən bu mübarizədə varam. Bundan sonra iqtisadi təzyiqlər, lirənin ucuzlaşması ola bilər, amma bu cür təzyiqləri hər zaman edirlər, artıq öyrəşdirirlər. Azərbaycanın da başına bu iş gəlsə, eyni mövqeni sərgiləyər, eyni zamanda Rusiya və ABŞ da özünə qarşı bu münasibəti görsə, analoji davranar”.

Natiq Cəfərli atasına görə üzr istədi: “Bu hərəkətinə görə atamdan küsdüm” – VİDEO

Natiq Cəfərli
Türkiyə tarixində ən böyük diplomatik skandal: 10 Qərb səfiri ölkədən gedəcəkmi?
REAL Partiyasının Siyasi Komitəsinin üzvü Natiq Cəfərli “Yeni Müsavat”a bildirdi ki, Türkiyə tarixində lirənin ən ucuz məzənnəsi qeydə alınıb: “Asiya birjaları açılan kimi 1 dollar 9.84 lirə oldu. Bu, Türkiyə tarixində ilk hadisə idi. Ərdoğanın çıxışına gəlincə, emosional idi. Çünki Avropa Məhkəməsinin Osman Kavala haqda qərarı var və Türkiyə bu qurumun üzvüdür, qanunvericiliyə görə icra olunmalıdır. Sadəcə, bu çıxışın Kavalanın Ərdoğan haqda sözlərindən qaynaqlandığını düşünürəm”.

N.Cəfərlinin fikrincə, Türkiyədə anti-Qərb mövqe geniş yayılıb və hakimiyyət vəziyyəti gərginləşdirməklə ölkənin problemlərinin Qərb tərəfindən yaradıldığını xalqa duyurmaq istəyir: “İnsanların bu ritorikaya inancağını demək çətindir. Bir neçə dəfə bu ritorikadan istifadə olunub. Düşünürəm ki, iqtisadiyyat düzəlməsə, növbəti seçkidə AKP-nin Türkiyə iqtidarı olması üçün səs toplamaq imkanları çətinləşə bilər”.

Əhəd Məmmədli sərbəst buraxıldı – Yenilənib

Əhəd Məmmədli
Türkiyə tarixində ən böyük diplomatik skandal: 10 Qərb səfiri ölkədən gedəcəkmi?
AĞ Partiyanın başqan müavini Əhəd Məmmədlinin qəzetimizə bildirdiyinə görə, Türkiyənin diplomatik masada hücum siyasəti davam etdikcə, ölkəyə qarşı iqtisadi cəhətdən zərbə vururlar. Onun fikrincə, Ərdoğan bu şantajlara uyan və geri çəkiləcək siyasətçi deyil. Ə.Məmmədlinin fikrincə, qarşı tərəf loyallıq nümayiş etdirsə, AKP hökuməti də adekvat münasibət göstərə bilər: “Bəziləri baş verənləri irəlidəki seçkilərlə əlaqələndirir və indidən nəticələrdən danışırlar. Məncə, tələsirlər. Ərdoğan hər zaman xalqa güvənərək siyasətini həyata keçirən lider olub”.

Ramiyə Məmmədova: “Danışıqların nəticəsi bir müdət sonra bəlli olacaq”
Türkiyə tarixində ən böyük diplomatik skandal: 10 Qərb səfiri ölkədən gedəcəkmi?
Ramiyə Məmmədova

Siyasi şərhçi Ramiyə Məmmədovanın sözlərinə görə, O.Kavalanın azad olunması istisna deyil: “Amma bu hadisədən dərhal sonraya təsadüf etməyəcək. Türkiyə hakimiyyəti onun siyasi işlərinə qarışanda xoşu gəlmir. Hətta Süleyman Soylu da 10 səfirin bəyanatını teatr adlandırır. Ankara hesab edir ki, Kavala bəhanədir, Qərb təzyiq etmək üçün bəhanə axtarır. Amma Türkiyə iqtisadiyyatında baş verənlərdə daxili yanlışlıqlar da axtarmaq lazımdır, bunu təkcə xarici təsirlərə bağlamağın əleyhinəyəm”.

Təhlilçi güman edir ki, bundan sonra səfirlər ölkədən getsə, Türkiyə ilə ABŞ və AB arasında münasibətlər daha da qəlizləşə bilər.

Emil SALAMOĞLU,


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi