azia.az
azia.az

"Kişinin əgər uşağı yoxdursa, getsin ikinci arvad alsın deyən deputatlar..." - Bahar Muradova

20-10-2021, 16:04

"Kişinin əgər uşağı yoxdursa, getsin ikinci arvad alsın deyən deputatlar..." - Bahar Muradova
“Parlamentdə “Reprotuktiv sağlamlıq haqqında” qanunun müzakirəsi zamanı kişinin əgər uşağı yoxdursa, getsin ikinci arvad alsın deyən deputatlar var idi”.

Azia.az xəbər verir ki, bunu Ailə, qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında keçirilən “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” adlı konfransda çıxışı zamanı deyib.

Komitə sədri həmin müzakirələr zamanı belə halların şahidi olduğunu bildirib: “Parlamentdə “Reproduktiv sağlamlıq haqqında” qanunun qəbuluna qarşı olan kişi deputatlar vardı. Mən o müzakirələrin iştirakçısı olmuşam”.

B.Muradova söyləyib ki, "Reproduktiv sağlamlıq haqqında" qanunun qəbulu vacibdir: "Orada qadınların hüquqlarının qorunması ilə bağlı maddələr də mövcuddur. Bu gün sığınacaqlarda olan qadınlar var. Onlar hansı şəraittdə və necə qaçıblar?. Əgər qadın evdən zorakılığa məruz qaldığı üçün qaçırsa, biz onu gücləndirməklə qadına olan təzyiqi azalda bilərik".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
«    Noyabr 2021    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
MƏZƏNNƏ
 Valyuta məzənnəsi