“Azərbaycan hökuməti üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirir”
"Azərbaycan hökuməti uşaq hüquqlarının qorunması ilə bağlı üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirir"
PİA.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova "Uşaqlar üçün qanunvericilik: Milli Məclis UNICEF əməkdaşlığı" mövzusunda keçirilən tədbirdə deyib.
Onun sözlərinə görə, Azərbaycan müstəqil olduğu 25 il ərzində uşaq hüquqlarının qorunması üçün koordinasiya olunmuş fəaliyyətə üstünlük verib.
B.Muradova qeyd edib ki, Azərbaycan bu sahə üzrə bir çox beynəlxalq konvensiyalara qoşulub.
Bu gün Azərbaycanın həmin konvensiyalardan irəli gələn öhdəlikləri yerinə yetirdiyini deyən vitse-spiker qeyd edib ki, ölkənin UNİCEF-lə əməkdaşlığı ötən illərdə getdikcə daha da inkişaf edib.