azia.az
azia.az

Azərbaycanda boşanmaların əsas səbəbi açıqlanıb

18-11-2016, 14:02

Azərbaycanda boşanmaların əsas səbəbi açıqlanıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Azərbaycanda qeydə alınan boşanmaların səbəblərindən danışıb

APA-nın xəbərinə görə, Hicran Hüseynova bildirib ki, bunun bir çox səbəbi var.

Ən vacib problemin qızların ailə qurmağa fiziki, psixoloji cəhətdən hazır olmadığını deyən komitə sədrinin fikrincə, bunların nəticəsində problemlər yaranır. Onun sözlərinə görə, son dövrlər bölgələrdə qadınların sahibkarlıq fəaliyyətinin təşviqi istiqamətində tədbirlər görülür: “Müşahidələr göstərir ki, qadının iqtisadi baxımdan müstəqil və güclü olduğu ailələrdə normal mühit yaranır. Həmin qadın maddi cəhətdən ailəsinə kömək edə bilir. Belə ailələrdə sağlam düşüncəli uşaqlar böyüyürlər. Təhsilli qadın hər zaman çalışacaq ki, uşaqları təhsil alsın, irəli getsin. Təəssüf ki, bu gün cəmiyyətimizdə problemli ailələr də var, məqsədimiz onlarla işləməkdir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi