azia.az
azia.az

NATO İraqda yeni qərargah açır

8-09-2021, 08:46


"NATO İraqın Ərbil şəhərində ikinci qərargah açmağı planlaşdırır”.

"Azia.az ” xəbər verir ki, bunu Avropa İttifaqının Xarici Siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell Ərbildə mətbuat konfransında deyib.

O bildirib ki, avropalı hərbi müşavirlər İraq Kürd Regional Hökumətindəki işlərini davam etdirəcəklər:

"İraq Kürd Regional Hökuməti İraqın və bölgənin sabitliyində önəmli rol oynayır. Ərbil və Bağdad arasında yaxşı əlaqələri görməkdən məmnunluq duyacağıq. Bu əlaqələri gücləndirməyə çalışacağıq”.

Borrell əlavə edib ki, Aİ İŞİD-ə qarşı İraq Kürd Regional Hökumətini dəstəkləməkdə qərarlıdır:

"Təşkilatın hələ də bitmədiyinin fərqindəyik. Ərbildə hərbi müşavirlər üçün ikinci NATO qərargahının açılması ilə yanaşı, Aİ-yə məxsus hərbi müşavirlər İraq Kürd Regional Hökumətindəki işlərini davam etdirəcəklər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi