azia.az
azia.az

XİN İraqın Kürdüstan vilayətində keçirilmiş referenduma münasibət bildirdi

30-09-2017, 09:57

"Azərbaycan Respublikası İraq Respublikasının ərazi bütövlüyü və suverenliyini tanıyır və tam şəkildə dəstəkləyir".

Bunu XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev açıqlamasında İraq Respublikasının Kürdüstan regional vilayətində keçirilmiş referendum və bu xüsusda İraqda hadisələrin inkişafı ilə əlaqədar deyib.

"Azərbaycan İraq Respublikasının mərkəzi hakimiyyəti və İraqın Kürdüstan regional vilayəti ilə məsələlərin sülh yolu ilə qarşılıqlı anlaşma və dialoq şəraitində İraqın ərazi bütövlüyü və suverenliyi çərçivəsində həllinin tərəfdarıdır", - deyə H. Hacıyev bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi