azia.az
azia.az

Türkiyə Qarabağda MÖHTƏŞƏM ADDIMA HAZIRLAŞIR: Qəti vaxt açıqlandı - Sentyabrın 2-dən sonra...

31-08-2021, 14:16

Türkiyə Qarabağda MÖHTƏŞƏM ADDIMA HAZIRLAŞIR: Qəti vaxt açıqlandı - Sentyabrın 2-dən sonra...
"Türkiyə Qarabağdakı proseslərlə yaxından və daim maraqlanır. Bu günlərdə müdafiə naziri Hulusi Akar növbəti dəfə bəyan etdi ki, Türkiyə həmişə Azərbaycanın yanındadır, bütün imkanları ilə ölkəmizi müdafiə etməyə hazırdır. Hesab edirəm ki, sentyabrın 2-də Füzulidəki beynəlxalq hava limanının açılmasından sonra Türkiyənin bu proseslərdə hansı şəkildə iştirak etdiyini görəcəyik. Məncə, bu iştirak möhtəşəm və qürurverici olacaq".

Azia.az Teleqraf.com-a istinadən xəbər verir ki, politoloq Qabil Hüseynli belə açıqlama verib. Qafan-Gorus yolunun ölkəmizdən keçən hissəsini bağlanması haqda məlumatlara münasibət bildiriən politoloq qeyd edib ki, baş verənlərə adekvat olaraq, yolu bağlayıb:

Bununla son günlərdə Ermənistanın Zəngəzur dəhlizinin açılması ilə bağlı sərgilədiyi tərsliyin qarşısını almaq niyyətindədir. Əgər bu baş verməsə, Azərbaycan Laçın dəhlizi üzərində nəzarətini bərpa etmək məsələsinə baxa bilər. Azərbaycan bu addımları atırsa, demək ki, nəyəsə araxlanır.

Baxın, sentyabrın 2-də Füzulidə beynəlxalq hava limanı işə düşəcək. Hesab edirəm ki, bundan sorna Azərbaycanın müttəfiqlərinin hərbi tranzit səviyyəsi daha yüksək mərhələyə qalxacaq. Çünki Azərbaycan başa düşür ki, bölgədə vasitəçi olan Rusiya artıq öz missiyasını sədaqətlə yerinə yetirmir. Buna görə də Azərbaycan yeni müharibəyə hazırlıq görür".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi