azia.az
azia.az

Hulusi Akar: "Qarabağdakı atəşkəs yeni fürsət yaradır"

22-04-2021, 21:04

Hulusi Akar: "Qarabağdakı atəşkəs yeni fürsət yaradır"
Keçən il Azərbaycan və Ermənistan arasında əldə edilmiş atəşkəs yeni bir səhifənin açılması üçün əhəmiyyətli fürsət yaradır.

Azia.az bildirir ki, Türkiyənin milli müdafiə naziri Hulusi Akarın ABŞ-ın “RealClearDefense” nəşrində çap edilən 1915-ci il hadisələri ilə bağlı məqaləsində belə deyilir.

Akar bildirib ki, Türkiyə 2021-ci ilin fevralında Ermənistandakı çevriliş cəhdini rədd edən və qınayan ilk ölkələrdən biri olub.

“Təhlükəsizlik, sabitlik, sülh və firavanlıq fürsəti təkcə Ermənistan üçün deyil, bütövlükdə bölgə üçün vacibdir. Ermənistan liderləri Türkiyənin bu ölkəyə göndərdiyi mesajları dinləyib, sülhü seçsələr, bunun bütün bölgə üçün siyasi və iqtisadi mənfəətləri olacaq".


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi