azia.az
azia.az

İsrailin baş nazirinin Azərbaycana səfəri nə vəd edir?

13-12-2016, 15:46

İsrailin baş nazirinin Azərbaycana səfəri nə vəd edir?
Netanyahunun səfərindən Rusiya niyə narahatdır?

Qabil Hüseynli: “Netanyahunun Azərbaycana səfərini iki ölkə arasında münasibətləri yeni yüksək mərhələyə qaldıracaq”

“Ermənistana qəyyumluq edən Rusiya yaxşı başa düşür ki, İsrail Azərbaycan ərazi bütövlüyünün tərəfdarıdır və bunun üçün Azərbaycana hər cür yardım göstərməyə də hazırdır”

Bu sözləri politoloq Qabil Hüseynli İsrailin baş naziri Netanyahunun Azərbaycana səfərini PİA.AZ-a şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi İsrail baş naziri Benyamin Netanyahunun Azərbaycana səfəri başlayıb. Netanyahunun səfəri zamanı müzakirə olunacaq əsas məsələrdən biri də İsrail-Fələstin münaqişəsi olacaq. Danışıqlarda İsrail-Fələstin münaqişəsi ilə bağlı tərəflər fikir mübadiləsi aparacaq, Azərbaycan hər iki tərəflə normal münasibətlər saxlayan, həmçinin İslam Əməkdaşlıq Təşkilatına üzv dövlət olaraq, problemin həlli üçün öz barışdırıcı missiyasını təklif edəcək. Bir az əvvəl Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsrail Dövlətinin baş naziri Benyamin Netanyahu ilə təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafı ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonra iki ölkə arasında standartlaşdırma, ikiqat vergi və kənd təsərrüfatı sahəsində əməkdaşlığa dair razılaşma imzalanacaq. İsrail tərəfindən sənədə ətraf mühitin mühafizəsi, Yerusəlim məsələləri və irs naziri Zeyev Yelkin imza atacaq. Həmçinin B. Netanyahu Azərbaycan təhsil naziri Mikayıl Cabbarovla birlikdə “Or avner” yəhudi icmasının təhsil aldığı təhsil kompleksinə baş çəkəcək və yerli yəhudi icmasının nümayəndələri ilə görüşəcək. Səfər bir gün davam edəcək. B. Netanyahu Bakıdan Qazaxıstana yola düşəcək.

İsrailin baş naziri Netanyahunun Azərbaycana səfərini necə dəyərləndirmək olar və bu səfər Azərbaycanın geosiyasi maraqlarına nə qədər uyğundur? Bəs Netanyahunun Azərbaycana səfərindən Rusiyanın narahatlığı hansı səbəbdən doğur?

Bu suallarla PİA.AZ-ın əməkdaşı politoloq Qabil Hüseynli ilə müzakirə edib.



Qabil Hüseynli: “Rusiya öz əlaltısı olan Ermənistanı qorumağa çalışır və Azərbaycanın güclənməsin istəmir”.

Politoloq qeyd edib ki, Azərbaycan-İsrail münasibətləri həm Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsində, həm də hərbi qüdrətinin artmasında misilsiz rol oynayır:

“İsrailin baş naziri Netanyahunun Azərbaycana səfərini çox müsbət qiymətləndirirəm. Çünki Azərbaycan-İsrail münasibətləri həm Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmləndirilməsində, həm də hərbi qüdrətinin artmasında misilsiz rol oynayır. Bu nöqteyi nəzərdən Netanyahunun Azərbaycana səfərini iki ölkə arasında münasibətləri yeni yüksək mərhələyə qaldıracaq. İsrailin baş nazirinin səfərində həm də Fələstin probleminin müzakirəsi gözlənilir. Müsəlman dünyasında İsrailə ən yaxın ölkə Azərbaycandır. Buna görə də Azərbaycan Fələstin məsələsinin həllində daha təsirli imkanlara malik ola bilər.

Ermənistana qəyyumluq edən Rusiya yaxşı başa düşür ki, İsrail Azərbaycan ərazi bütövlüyünün tərəfdarıdır və bunun üçün Azərbaycana hər cür yardım göstərməyə də hazırdır. Rusiya isə öz əlaltısı olan Ermənistanı qorumağa çalışır. Həmçinin Rusiya Azərbaycanın güclənməsin istəmir. Bütün bunlara görə də Rusiya İsrailin baş naziri Netanyahunun Azərbaycana səfərindən narahat olur”.

Nərminə UMUDLU


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi