Ərdoğan “Taliban”la bağlı qəti mövqeyini DÜNYAYA BƏYAN ETDİ
![]()
“Taliban” liderlərini qəbul edəcəyimizi daha əvvəl də ifadə etmişdik. Bu mövqeyimiz bu gün də belədir”.
Xəbər verilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan belə açıqlama verib. O bildirib ki, Türkiyə “Taliban”ın verdiyi mülayim mesajları məmuniyyətlə qarşılayır.
“Əfqan xalqının rifahı, bu ölkədə yaşayan türk soydaşlarımızın təhlükəsizliyinin və maraqlarının qorunması üçün hər cür işbirliyinə hazırıq” - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, "Taliban" sözçüsü Türkiyəni "qardaş ölkə" adlandırmışdı. Kanal.az