Əfqan ordusu niyə Talibanla döyüşmədi? - Rus general
Taliblərin hücumu ilk növbədə əfqan ordusunun mənəvi çöküşü ilə bağlı idi.
Azia.az xəbər verir ki, bunu Rusiyanın keçmiş baş qərargah rəisi Yuri Baluyevski deyib.
“Niyə belə sürətli? Ona görə ki, ordunun motivasiyası yox idi. Belə ordu dövlətin müdafiəsini təmin etmək gücündə deyil. Əfqanıstan ordusu bu gün kimi müdafiə edir? Xalqımı? Bunu demək çətindir. Xalq fikirləşir ki, taliblərin dövründə hansısa stabillik olacaq”, – deyə o bildirib.