Talibanla əməkdaşlıq etməzdik, amma... - Britaniya
Kabil beynəlxalq hava limanında vəziyyət sabitləşib.
Azia.az xəbər verir ki, bunu Britaniya xarici işlər naziri Dominik Raab "Skay Nyus"a açıqlamasında deyib.
"Normalda Talibanla əməkdaşlıq etməzdik, amma praqmatik olmalıyıq. Əfqanıstan əsla Qərbə terror hücumları başlatmaq üçün istifadə edilməməlidir. Əfqanıstan rəhbərlərinə müsbət yöndə təsir göstərməyə çalışmalıyıq", - deyə Raab bildirib.