Ərdoğan təyyarə qəzasında ölənlərlə bağlı başsağlığı verib
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin cənub-şərqində Rusiyanın "Be-200ES" yanğınsöndürmə təyyarəsinin qəzaya uğraması ilə əlaqədar başsağlığı verib.
Başsağlığında deyilir:
"Dünən Kahramanmaraşda, yanğının söndürülməsi zamanı bir yanğınsöndürən təyyarə qəzaya uğradı. Qəza nəticəsində Rusiya və Türkiyə vətəndaşlarından ibarət heyət həlak oldu. Bununla əlaqədar başsağlığı verirəm".
Xatırladaq ki, avqustun 14-də Türkiyənin Kahramanmaraş şəhərində meşə yanğınlarının söndürülməsi zamanı Rusiyaya məxsus “BE-200” amfibiya təyyarəsi qəzaya uğrayıb. Bildirilib ki, təyyarənin göyərtəsində 5 Rusiya hərbçisi, həmçinin 3 Türkiyə nümayəndəsi olub. Ekipaj üzvlərinin hamısı həlak olub.