Azərbaycan XİN Rusiyaya başsağlığı verib
Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyada “Mİ-8” helikopterinin qəzaya uğraması ilə bağlı bu ölkəyə başsağlığı verib.
Azia.az xəbər verir ki, başsağlığı mətni nazirliyin "Twiter" səhifəsində yayılıb.
“Kamçatkanın Kuril adaları bölgəsində “Mİ-8” helikopterinin qəzaya uğraması nəticəsində həlak olanların yaxınlarına və Rusiya xalqına dərin hüznlə başsağlığı veririk”, - başsağlığında bildirilib.