Nemət Pənahlının villaları üzə çıxdı - "Şərəfsiz sənsən və..."
“TV Müsavat”ın canlı yayımında Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı və Azərbaycan Xalq Partiyasının sədri Pənah Hüseyn arasında debat olub.
Azia.az xəbər verir ki, debat zamanı P. Hüseyn N. Pənahlını pul oğurluğunda və həmin pullarla villa tikdirməkdə ittiham edib.
O, bu pulları haradan aldığı ilə bağlı N. Pənahlıdan hesabat tələb edib.
Nemət Pənahlı isə Naxcıvanda atasına məxsus evi satdıqlarını, həmin pulla Şamaxıda ev və torpaq sahələri aldıqlarını, daha sonra həmin sahələri sataraq, Badamdartda ev tikdirdiyini bildirib.