azia.az
azia.az

Sabah bütün müxalifət bir araya gələcək

16-11-2016, 08:40

Sabah bütün müxalifət bir araya gələcək
Milli Dirçəliş Günü böyük tədbirlə qeyd olunacaq

17 noyabr Milli Dirçəliş Günü münasibətilə bayram tədbiri keçiriləcək. Bu barədə AĞ Partiyanın sədri Tural Abbaslının verdiyi xəbərə görə, Milli Dirçəliş Gününü adına layiq tədbirlə qeyd etmək üçün yaradılan Təşkilat Komitəsi artıq hazırlıq işlərini demək olar ki, yekunlaşdırıb.

Təşkilat Komitəsinə Tural Abbaslı, vəkil Qurban Məmmədov, meydan hərəkatının liderlərindən olmuş Nemət Pənahlı, VİP sədri Əli Əliyev, “Xural”ın baş redaktoru Əvəz Zeynallı, tanınmış hərəkatçı, “Çənlibel” təşkilatının yaradıcılarından biri olan Bəxtiyar Tuncay, Bünyamin Qəmbərli, Ənvər Börüsoy daxildir. Bayram tədbiri noyabrın 17-də Vətəndaş Həmrəyliyi Partiyasının qərargahında keçiriləcək. Bayram tədbirinə ölkənin əksər siyasi partiyalarının rəhbərliyi, xalq hərəkatının iştirakçıları, ictimai xadimlər, ziyalılar, media təmsilçiləri dəvətlidir.

Qeyd edək ki, 1988-ci il noyabrın 17-də Azərbaycanda meydan hərəkatı başlanıb. Azərbaycan üçün həmin gün xalq hərəkatının başlanğıcının qoyulduğu tarix olaraq mühüm əhəmiyyət kəsb edir. Məhz həmin gün o dövrkü Lenin meydanı-indiki Azadlıq meydanında ilk dəfə Azərbaycanın milli bayrağı qaldırılıb. Bakının baş meydanında ilk mitinq noyabrın 17-də keçirilib və 18 gün fasiləsiz davam edib. Təsadüfi deyil ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra prezident Əbülfəz Elçibəy 17 noyabrın Milli Dirçəliş Günü adlandırılması və rəsmi dövlət bayramları sırasına daxil edilməsi haqda fərman verib. 2006-cı ilə qədər 17 noyabr qeyri-iş günü olaraq dövlət səviyyəsində bayram edilirdi. 2006-cı ildən isə iş günü olan bayramlar sırasına daxil edilib. (musavat.com)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi