İran İsrailin keçmiş Baş qərargah rəisinin telefonuna “girib”, kompromatlar götürüb
İsrailin əks kəşfiyyat xidməti ŞABAK İran hakerlərinin keçmiş Baş qərargah rəisi, general Benni Hantsın telefonunu “sındırdığını” müəyyən edib.
Virtualaz.org İsrail KİV-lərinə istinadən xəbər verir ki, hakerlərin telefondan müəyyən kompromatların götürüldüyünü aşkara çıxarıblar. Bu məsələ İsraildə ciddi siyasi qalmaqala səbəb olub, çünki Benni Hants qarşıdakı parlament seçkilərində “Kaxol Lavan” blokunun liderlərindən biri kimi iştirak edəcək. O, blokun baş nazir postuna namizədidir.
Məlumata görə ŞABAK blokun lideri Kaxol Lavanı xəbərdar edib ki, İran hakerlərinin əldə etdiyi informasiyalar parlament seçkilərində kompromat kimi istifadə edilə bilər. Hərçənd telefonun yaddaşında məxfi informasiyanın olmadığı müəyyən olunub.
Ötən gün martın 20-də baş nazir Benyamin Netanyahu Beni Hantsa hücum edərək onu iranlıların linə hansı kompromatın keçdiyini açıqlamağa çağırıb. Netanyahu deyib: “Kaxol-Lavan” bloku panikaya düşüb, çünki İran Hantsın telefonunu “sındırıb” və oradan məxfi informasiya ələ keçirib. Cənab Hants, siz israillilərdən nəyi gizlədirsiniz? Nəyə görə siz partiya üzrə həmkrlarınıza telefonunuza edilən müdaxilə barədə məlumat verməmisiniz? Bizdən nəyi gizlədirsiniz və İran indi nəyi bilir? Nəyə görə siz keçmiş baş qərargah rəisi kimi aparatın düşmən üçün əlçatan olduğunu bildiyiniz halda ondan istifadə etmisiniz? Bundan sonra siz baş nazir kimi İrana qarşı necə çıxa bilərsiniz ki, İran sizin barənizdə məxfi materiallar əldə edib? Şantajdan qaçmağın yeganə yolu sizdən nəyin oğurlandığı haqda açıq danışmaqdır”.
İran isə Beni Hantsın telefonuna müdaxiləni inkar eib. Bu məsələyə mnasibət bildirən xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib ki, İran Beni Hantsın telefonunun “sındırılmasına” görə məsuliyyət daşımır. “İsrailin sionist rejimi və Amerika rəsmiləri İrana qarşı təzyiq göstərməyə çalışır, bu cür iddialar irəli sürür və iranofobiya formalaşdırır”-nazir bildirib.