azia.az
azia.az

Əlcəzairdə vəbaya yoluxanların sayı 74 nəfərə çatıb

5-09-2018, 07:15

Əlcəzairdə vəbaya yoluxanların sayı 74 nəfərə çatıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin yaydığı bəyanatda bildirilir.

Daha əvvəl 2 nəfərin bu xəstəlikdən öldüyü xəbər verilib. Ölkənin 56 sakini vəbaya Əlcəzairin paytaxtından 60 kilometr cənubda yerləşən Blida əyalətində yoluxub.

Bildirilir ki, vəba xəstəliyinə yoluxmaqda şübhəli bilinən 88 nəfər 4 əyalətin xəstəxanalarına göndərilib.

"Bu ay vəbaya 74 yoluxma hadisəsi təsdiqlənib", - deyə nazirliyin bəyanatında bildirilir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi