azia.az
azia.az

"11 mindən çox tərbiyəçi-müəllim sertifikasiyadan keçəcək - Eşqi Bağırov

Bu gün, 11:24

Məktəbəqədər təhsil müəssisələrində çalışan 11 mindən çox tərbiyəçi-müəllimin bilik və bacarıqları qiymətləndirilib.

Xəbər verilir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov çıxışı zamanı bildirib.

O bildirib ki, uşağın məktəbəqədər təhsilə çıxışının təmin olunması hələ keyfiyyətli təhsil demək deyil. Onun sözlərinə görə, məktəbəqədər təhsilin keyfiyyətini müəyyən edən əsas amillərdən biri uşaqlarla hər gün işləyən tərbiyəçi-müəllimdir.

“Bu səbəbdən son illərdə tərbiyəçi-müəllimlərin işə qəbulunda mərkəzləşdirilmiş və rəqabətli seçim mexanizmi tətbiq edilib. Bu mexanizm vasitəsilə təxminən 1300 yeni ixtisaslı tərbiyəçi-müəllim sistemə cəlb olunub”, - deyə E.Bağırov qeyd edib.

Şöbə müdiri əlavə edib ki, tərbiyəçi-müəllimlərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi istiqamətində də geniş diaqnostik proses həyata keçirilib. Bu çərçivədə 11 mindən çox tərbiyəçi-müəllimin bilik və bacarıqları qiymətləndirilib, onların peşəkar inkişaf ehtiyacları müəyyənləşdirilib.

E.Bağırovun sözlərinə görə, növbəti mühüm mərhələ tərbiyəçi-müəllimlərin sertifikatlaşdırılmasıdır.

“İlin sonunadək 12 minə yaxın tərbiyəçi-müəllimin sertifikatlaşdırılması təşkil ediləcək”, - deyə o bildirib.

O vurğulayıb ki, məktəbəqədər təhsildə həyata keçirilən yanaşmanın iki əsas istiqaməti bir-birini tamamlayır: daha çox uşağın məktəbəqədər təhsilə çıxışını təmin etmək və onların qarşısına daha hazırlıqlı, peşəkar pedaqoqlar çıxarmaq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi