azia.az
azia.az

Sabiq MƏHKƏMƏ hakimi Loğman Süleymanov dövlət qurumun buna görə məhkəməyə verdi

Bu gün, 11:09

Nazirlik sabiq hakimə pensiya verməkdən imtina etdi


Keçmiş məhkəmə hakimi Loğman Sirac oğlu Süleymanov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialını məhkəməyə verib.

Xəbər verilir ki, bu barədə eks-hakim Bakı İnzibati Məhkəməsinə müraciət edib.

O, dövlət qurumuna qarşı əmək pensiyasının yenidən hesablanması tələbi irəli sürüb. pizza

Loğman Süleymanov iddiasında qeyd edib ki, 2008-2010-cu illərdə Tovuz Rayon Məhkəməsinin hakimi, 2010-2025-ci illərdə isə Gəncə Apellyasiya Məhkəməsinin hakimi vəzifəsində çalışıb. 2025-ci ildə isə Məhkəmə-Hüquq Şurasının müvafiq qərarı ilə onun hakimlik səlahiyyətlərinin həyata keçirilməsi üçün son yaş həddinə çatması nəzərə alınmaqla səlahiyyətlərinə xitam verilib.

İddiaçı ərizə ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, son 2 il və ya 5 ildə aldığı məbləğlər üzrə araşdırma aparılmaqla, hansı pensiya məbləği çoxdursa, həmin məbləğdə pensiya təyin olunmasını xahiş edib.

Cavabdeh tərəfindən iddiaçıya 2025-ci il tarixdən sabiq hakim kimi pensiya təyin edilib. Pensiyanın məbləği hesablanarkən “Əmək pensiyaları haqqında” Qanunun 20.7.2-ci maddəsinə istinadən, onun 16 il 9 ay 8 gün hakim kimi iş stajına uyğun olaraq, vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının 55,25 faizi məbləğində müəyyən edilib.

Loğman Süleymanov dövlət qurumuna müraciət edərək, pensiyasının yenidən hesablanıb təyin olunmasını xahiş edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı isə pensiyanın yenidən hesablanmasından imtina edib.

Sonra sabiq hakim cavabdehə qarşı iddia ərizəsi Bakı İnzibati Məhkəməsinə üz tutub.

Məhkəmənin qərarı ilə iddia tələbi təmin edilib. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar çıxarılmasını xahiş edib. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə Bakı İnzibati Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb. Daha sonra dövlət qurumu kassasiya şikayəti verib.

Ali Məhkəmə kassasiya şikayətini qismən təmin edib, Bakı Apellyasiya Məhkəməsinin qərarı “məzuniyyət vaxtı ödənilən iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün ödənilən iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla pensiya təyin edilməsi” hissəsində ləğv olunub. Bu hissədə yeni qərar çıxarılmaqla, həmin hissədə iddia təmin edilməyib.\\Plat.az


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi