azia.az
azia.az

Laçınlı iş adamının obyekti niyə sökülür? - ETİRAZ - VİDEO

Bu gün, 10:56

"Bu gecə Laçında Həkəri çayının sahilində yerləşən "Çay kənarı" adlı restoran kompleksi sökülübdür. Maraqlıdır niyə təkcə Laçınlı iş adamının obyekti sökülür?"

Xəbər verlii ki, bu barədə şəxsi "facebook" hesabında Azərbaycan respublikası müharibə, əmək və silahlı qüvvələr veteranları ictimai birliyi Laçın təşkilatının sədri Qəzənfər Hüseynov paylaşım edib.


"Laçın sakinlərinin və gələn qonaqların istirahət yeri idi bura. Niyə bir tərəfdən laçınlı olmayan restoranlar açır (tanıyanlar bilir mən yerlipərəst deyiləm), digər tərəfdən laçınlının obyekti dağıdılır? Bu restoran 3 ildir fəaliyyət göstərirdi, əgər qanunsuz idisə niyə tikilməsinə göz yumurdular?

Əl çəkin Laçından! Nə etsəniz də dilimizdən duanı ala bilməzsiniz! - Allah dilimizdən qəhrəman şəhidlərimizə rəhmət, qəhrəman qazilərimizə və qətiyyətli Ali Baş Komandana minnətdarlıq dualarımızı əskik etməsin!"- deyə Q.Hüseynov bildirib.




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi