Xəzər dənizi üzərində 800-ə yaxın dron vuruldu
Rusiya Hava Hücumundan Müdafiə sistemləri ötən gecə Ukrayna ordusunun 777 dronunu vurub.
Xəbər verilir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Ukrayna PUA-ları Rusiyanın regionları, eləcə də Qara və Xəzər dənizləri üzərində vurulub.
“Dronlar Lipetsk, Nijni Novqorod, Saratov və Samara vilayətləri, Perm diyarı, Mari El Respublikası və Udmurtiya üzərində ələ keçirilib”, - Rusiya MN-in məlumatında qeyd olunub.