azia.az
azia.az

Ata süni intellekt şirkəti qurur, övladı “dur” deyir - VİDEO

Bu gün, 00:15

“Tesla” şirkətinin rəhbəri İlon Maskın transgender övladı Vivian Uilson İspaniyanın məşhur “Desigual” moda brendinin süni intellektə qarşı yönəlmiş etiraz kampaniyasında çəkilib. 

Ölkə.az xəbər verir ki, brendin 2026-cı il üçün nəzərdə tutulan reklam çarxı “Born to Disobey” (“İtaət etməmək üçün doğulanlar”) adlanır.

Çarxda Uilson “Tesla Optimus” modelinə bənzər “DESI 84” adlı məişət robotunu təhqiredici şəkildə istifadə edir və onu xaltada gəzdirir . Nəticədə sistemdə xəta yaranır və robot sıradan çıxır. Brendin mətbuat xidməti bu addımın “sistemə tabe olmamaq, azadlıq və ironiyanı nümayiş etdirmək” məqsədi daşıdığını bildirib.

Vivian Uilson isə “People”a verdiyi açıqlamada süni intellektin yaradıcı insanların işini əlindən aldığını bəyan edib:

“Sənət insan yaradıcılığı vasitəsilə ifadə olunan emosiyadır. Emosiyalar təbiətən insana məxsus olduğu üçün süni intellekt əsəri ilkin ideyasından məhrum edir və onu rənglərlə formaların plagiatı ilə əvəzləyir”.(qafqazinfo)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi