azia.az
azia.az

Neft kəmərinin fəaliyyəti dayandırıldı-Kritik qərar

Bu gün, 00:12

Səudiyyə Ərəbistanında “Şərq–Qərb” neft kəmərinin Ər-Riyad və Mədinə ərazilərindən keçən hissəsində fəaliyyət müvəqqəti dayandırılıb.

Metbuat.az xəbər verir ki, Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin açıqlamasına görə, qərar sentyabrın 10-u səhər saatlarında qeydə alınan bir neçə hücumdan sonra təhlükəsizlik məqsədilə qəbul edilib.

Hadisələr zamanı bir neçə nəfərin yaralandığı bildirilir. Yaralılara zəruri tibbi yardım göstərilir.

Hücumlardan dərhal sonra qəza və texniki briqadalar əraziyə cəlb olunub. Mütəxəssislər kəmərin vəziyyətinin qiymətləndirilməsi və təhlükəsizliyinin təmin olunması istiqamətində yoxlamalar aparırlar.

Nazirlik vəziyyətlə bağlı yeni məlumatların ictimaiyyətə açıqlanacağını bildirib.

Gülbəniz HüseynliMüəllifGülbəniz Hüseynli


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi