Ət yeyən uşaqlarda nə baş verir? — Pediatrdan AÇIQLAMA
Son günlər Azərbaycanda ən çox müzakirə olunan mövzulardan biri də ət,ətin qiyməti,xaricdən gətirilən monqol əti və bu kimi hallardır.
Biz ətə niyə bu qədər bağlıyıq?Ət yeməsək nə olar?Uşaqların qidalanmasında ətin rolu nə dərəcədədir?
Oxu24.com bu və digər suallarla bağlı pediatr Ülvi Əliyevlə əlaqə saxlayıb.

Həkimin sözlərinə görə,ət yemə ailədən,coğrafiyadan və sosial çevrədən asılıdır.
Pediatrın dediklərinə görə,ət yeyən uşaqlar fol turşusu,bitki lifi və E vitamini azlığı yönündən risk daşıyırlar.
Vegetarianlar (qeyd-ət yeməyənlər) isə əksinə:onlarda B12,sink,dəmir az olur .
"Təcrübələr göstərib ki,ət yeyən qrupda boy atma daha sürətlidir.Uşaq vaxtında ət yemək irəli yaşlarda zehni funksiyanı artırır",-deyə həkim bildirib.
Hazırladı: Nigar