azia.az
azia.az

Uşaqlar arasında kütləvi xəstəlik: bunları etmək olmaz – Pediatrdan XƏBƏRDARLIQ

6-12-2021, 12:57

Uşaqlar arasında kütləvi xəstəlik: bunları etmək olmaz – Pediatrdan XƏBƏRDARLIQ
Son dövrlər uşaqlar arasında yayılan virus infeksiyaları kütləvi hal alıb. Azyaşlılarda qızdırma, halsızlıq halları və onların antibiotiksiz sağalmaması valideynləri narahat edir.

Mövzu ilə bağlı Ölkə.Az-a danışan pediatr Səbinə Mahmudova builki virus infeksiyalarının digərlərindən fərqindən bəhs edib.
“Hər payız fəsli qrip, virus infeksiyaları sezonu sayılır. İndiki virus infeksiyasının fərqi ondan ibarətdir ki, bu, məhz burun və burunətrafı cibləri əhatə edir. Uşaqlara baxanda burunun arxa divarında da axıntı görmək olur. Tövsiyəmiz ondan ibarətdir ki, qızdırma olanda 3 gün gözləmək lazımdır. Artıq 3 gündən sonra antibiotikə keçilməlidir. Amma indiki virus infeksiyasının xarakterik cəhəti odur ki, tezliklə ora bakterial infeksiya qoşulur, uşağın vəziyyəti daha da pisləşir. Belə olan halda antibiotik terapiyaya tez başlamaq lazımdır.

Bu virus infeksiyaları qulağa ağırlaşma verir, böyük yaşlı uşaqlarda haymolit, otit (qulağa birbaşa aid olan xəstəliklər -red.) yarada bilir. Eyni zamanda bronxit əlamətlərə də səbəb ola bilir. Bəzən valideynlər öskürək olanda çaşır. Məsələn, arxa divarda axıntı varsa, onsuz da bu, uşağı qıcıqlandıracaq və o, öskürməlidir. Bəzən bunun bronxlarla heç bir əlaqəsi olmur. Sadəcə, qıcıqlandığına görə öskürür. Bəzi hallarda bu infeksiyalar həqiqətən bronxit yaradır. Virus infeksiyaları həmçinin uşaqlarda allergik fon yaradır. Hökmən yanaşı antivitaminlər də verilməlidir”, həkim ölkə.az-a açıqlamasında bildirib.

Uşaqlar arasında kütləvi xəstəlik: bunları etmək olmaz – Pediatrdan XƏBƏRDARLIQ
Mütəxəssis uşaqları virus infeksiyalarından qorumaq üçün lazımi tədbirlərdən də danışıb:

“Bu dövrdə uşaqlara meyvə-tərəvəz daha çox verilməlidir ki, immun sistemi səviyyəsini qoruyub saxlasın. Heç bir valideynə immuniteti qaldırmaq üçün apteka gedib hansısa immun preparatı almağı məsləhət görmürəm. Çünki bu, gələcəkdə alt immun xəstəliklərinin yaranmasına şərait yaradır. Altimmun xəstəlikləri isə ümumiyyətlə müalicə olunmur. Artıq uşaq həmin dərmanlardan asılı vəziyyətə düşür. İmmun sistemini təbii bitkilərlə, meyvə-tərəvəzlərlə, qaraçörəkotu yağı, keçibuynuzu bəhməzi ilə balanslaşdırmaq olar.

Həmçinin burun gün ərzində 8 dəfəyə qədər dəniz duzu tərkibli su ilə yuyulmalıdır. Çünki bu, həm hüceyrələrin bariyerini bərpa edib saxlayır, həm də nə varsa yuyub təmziləyir”.

Pediatr soyuq havalarda valideynlərin uşaqlara su içməyə icazə verməməsinin də doğru olmadığını söyləyib:

“Xəstəlik dövründə insan bədəninin suya daha çox ehtiyacı var. Çünki su toksikasiyanı götürür. Ümumiyyətlə, gün ərzində insan bədəni 2-3 litrə qədər su qəbul etməlidir. Azyaşlılarda bu miqdar bir qədər azdır”.

S.Mahmudovanın sözlərinə görə, qızdırma qalxan kimi dərhal antibiotik vermək və ya azyaşlını spirtlə silmək olmaz:

“Elə valideyin var ki, qızdırma 37.5 olanda dərman verir. Bu, düzgün deyil, yəni qızdırmanın da həddi var. Sağlam uşaqlarda qızdırma olanda 38.5-ə qədər gözləmək lazımdır ki, orqanizm viruslara, bakteriyalara qarşı müqavimət reaksiyası göstərsin. Amma elə uşaqlar var ki, qızdırma qıcolma verir, onlarda 38 qızırmadan o tərəfə gözləmək olmaz. Çünki qıc olarsa, bu özü də müsbət bir şey deyil. 38.5 qızdırmadan o tərəfə uşağa antibiotik verilməlidir. Əgər uşaqlar dərman içəndə qusma refleksi verirsə, panadol, parestamol tərkibli şamlardan istifadə etmək olar.

Əvvəllər nənələr sirkəli, spirtli su ilə qızdırmalı uşağı silirdilər. Bu da olmaz. Çünki uşaqlarda dəri nazikdir, sovrulma tez gedir, sirkə və spirt uşaqlarda ikincili intoksikasiya yaradır. Uşaqlarda büküşləri qoltuqaltını alını və s. ilıq su ilə silmək və ya bir neçə dəqiqə ərzində yaxalamaq da olar ki, istilik bədəndən çıxsın. Belə olanda damarlar açılır”.

Pediatr bildirib ki, güclü qızdırma ölümlə də nəticələnə bilər:

“Güclü qızdırma zamanı qanda pıxtalaşma prosesi gedir. Təsəvvür edin ki, orqanizmi qidalandıran bütün elementlər yapışır və damardaxili laxtalanma prosesi güclənir. Yüksək temperatur (41-42 dərəcə) ölümlə də nəticələnə bilər. Bu halda uşaqda hallusinasiyalar baş verə bilər. Ona görə də qızdırma olanda bu həddə qədər gözləmək lazım deyil”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi