BU XƏSTƏLİK sürətlə yayılır, TƏMAS etməyin! -DİQQƏT!
Heyvanlardan insanlara keçən xəstəlik olan Lassa qızdırması Qərbi Afrika ölkəsi, Nigeriyada sürətlə yayılıb.
Xəbər verilir ki, bu il qeydə alınan yoluxma hallarının sayı 871-ə, ölənlərin sayı isə 162-yə çatıb.
Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzi (CDC) paytaxt Abuca da daxil olmaqla, digər 21 ştatda Lassa qızdırması hallarının artmaqda davam etdiyini açıqlayıb.
Açıqlamada qeyd olunub ki, 25-31 avqust tarixləri arasında 10 yeni Lassa qızdırması hadisəsi aşkarlanıb və bununla da yanvarın 1-dən avqustun 31-dək Lassa qızdırması hallarının ümumi sayı 871-ə çatıb.
Qeyd edək ki, siçan nəcisi ilə təmasda olan xəstəlik insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur.
Dəniz Pənahova