azia.az
azia.az

Laçına yeni təyinat

7-12-2024, 09:04

Laçın Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub.

Xəbər verilir ki, bu barədə TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov əmr imzalayıb.

Əmrə əsasən, İbadova Nəcibə Akif qızı Laçın Rayon Mərkəzi Xəstəxanası direktorunun müalicə işləri üzrə müavini-baş həkim vəzifəsinə təyinat alıb.

Laçın Rayon Mərkəzi Xəstəxanasının direktoru Orxan Cəbrayılov N.İbadovanı kollektivə təqdim edib.

N.İbadova bu təyinata qədər Bakı şəhəri 39 saylı poliklinikanın Uşaq şöbəsinin müdiri vəzifəsində çalışıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi