azia.az
azia.az

Həkimdən XƏBƏRDARLIQ-40 yaşdan yuxarı....

20-07-2024, 11:38

Dünya əhalisinin 65%-də göz xəstəliklərinə rast gəlinir. Görmə problemi insanların həyat fəaliyyətinə də mənfi təsir göstərir.

Bəs görmə problemini yaradan əsas faktorlar nədir?

Xəbər verilir ki, mövzu ilə bağlı Sfera.az-a danışan həkim oftalmoloq Kəmalə Əliyeva bildirib ki, görmənin pisləşməsi, əsasən, 40 yaşdan yuxarı insanlarda rast gəlinir.

"Bu xəstəlik yarandıqda insan kitabda, kompüterdə və telefonda yazılanları yaxından görməkdə və oxumaqda çətinlik çəkir. Həmçinin yaxın məsafədə olan obyektləri aydın görə bilmir. Görmədəki bu dəyişikliklər 40 yaşdan sonra meydana çıxmağa başlayır. Bu problem presbiopiya adlanır. Təbii qocalma prosesində göz linzaları sərtləşir və onların elastikliyi azalır. Həmçinin gözdəki siliyer əzələlər yaşla bağlı olaraq zəifləyir. Bu əzələlər yaxın və uzaq obyektlərə fokuslanarkən lensin formasını idarə etməyə kömək edir".

Kəmalə Əliyeva qeyd edib ki, presbiopiya zamanı isə linzanın sərtləşməsi və siliyer əzələlərinin zəifləməsi nəticəsində düzgün fokuslanma çətinləşir.

“Linza işıq torlu qişanın arxasına fokuslanır və yaxınlıqdakı obyektlərə baxarkən bulanıq görməyə səbəb olur. İstifadə etdiyimiz telefonlar, planşetlər və kompyuterlər də görmənin pisləşməsinə səbəb olan faktorlardandır. Məhz bu baxımdan smartfonlardan istifadəni maksimum azaltmalıyıq. Görmənin pisləşməsinin qarşısını almaq üçün gün ərzində 3-4 dəfə göz gimnastikası etmək vacibdir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi