"531 Dental Stomatoloji klinika"sında sağlamlığa terror təhdidi var-İDDİA
Dünya pandemiyadan böyük insan tələfatı ilə nəticələnən bəşəri faciə ilə üz-üzə qalmışkən, Bakıda da fəaliyyət göstərən dırnaqarası klinikaların sayı gündən günə çoxalır. Bu klinikaların insan sağlamlığına vuracağı zərbənin miqyası yuxarıda deyilən pandemiyanın vurduğu ziyana bərabər ola bilər.
Son zamanlar stomatoloji kabinetlər göbələk kimi artmağa başlayıb. Təhsili olan,olmayan,texnik,”maşın ustası”,”santexnik”.. hamısı diş həkimliyinə başlayıb.
Baş həkim Səlim Eyvazovun bu əməlləri insanların sağlamlığına təhdiddir. Bu redaksiyaya ünvanlanan məlumatda bildirilir.
Sözü gedən həkim stomatoloqlar bir sıra klinikalarda və ya diş kabinetlərindəfəaliyyət göstərir.Səhiyyə Nazirliyinin yoxlamalarına baxmayaraq həkim adıyla fəaliyyət göstərən "həkimciklərin" sayı kifayət qədərdir.
Belə Klinikalardan biri də Biləcəri qəsəbəsində yerləşən "531 Dental Somatoloji klinika"sıdır.
Burada çalışan həkimlərin sənədləri qaydasında deyil və məlumata görə texniklər həkim kimi fəaliyyət göstərir.
Hepatit və digər virusların yayılması da istisna deyil. Bir neçə vətəndaşın narazılığını nəzərə alsaq belə qənaətə gəlmək olar ki, klinikada hərtərəfli yoxlama aparmaq lazımdır.
Dövlət qurumlarından xahiş edirik ki, adı çəkilən müəssisəni nəzarətə götürüb araşdırma aparılsın.
P.S. Azia.az blogu olaraq stomatoloji, kasmetoloji mərkəzlərdən insan sağlamlığına olacaq terror təhdidini nəzərə alaraq jurnalist araşdırmasına start vermişik.
Sözügedən dental stomatoloji klinikada baş verən qanunsuz və özbşınalıqlarla bağlı materialı tədbir görülməsi üçün Səhiyyə nazirliyinə, TƏBİB-ə, DİN-ə, DVX-nə, DTX-nə, Baş prokurorluğa ünvanlayırıq.