azia.az
azia.az

KLİNİKANIN HƏKİMİ BIÇAQLANDI-DƏHŞƏT

5-05-2024, 10:34

Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb.

APA-nın məlumatına görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb.

Belə ki, 1973-cü il təvəllüdlü Arzu Bəxtiyar qızı Balabəyova əri ilə mübahisə zamanı bıçaqlanıb. Ona əri ümumilikdə 14 bıçaq zərbəsi vurub.

Yaralı ağır vəziyyətdə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Onun vəziyyəti ağır olaraq qiymətləndirilir.

Faktla bağlı Suraxanı Rayon 33-cü Polis Bölməsində araşdırma aparılır.

Qeyd edək ki, A.Balabəyova Bakıxanov qəsəbəsində yerləşən özəl klinikaların birində həkim işləyir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi