azia.az
azia.az

Beyin şişinin qəribə əlamətləri – Onkoloqdan

1-03-2024, 08:22


Stress və həyəcan anında çox güclü baş ağrısı, spazm beyin şişindən xəbər verə bilər.


Onkoloq Yevgeniy Çeremuşkin baş beyin şişlərinin pasiyentlərin ağlına gəlməyən simptomlarını açıqlayıb.


“Beyindəki şişin əlamətləri özünü aylar, hətta 1-2 il sonra göstərə bilər. Əgər şiş aqressiv deyilsə, çox asta böyüyürsə, bu zaman xəstə özünü normal hiss edir.

Hər baş ağrısı xərçəng deyil, amma baş ağrılarının xarakterinə fikir verin.
Baş ağrısı, baş gicəllənmə şişin əlaməti ola bilər.

Amma bu zaman ağrı gərək mütəmadi olsun, xüsusən fiziki iş, idman və stress, həyəcan zamanı artır.


Digər əlamətlər:

- Yaddaş itkisi
- Zəiflik, diqqət yayqınlığı

- Çox yüngül işdən sonra baş ağrısı
- Görmədə dumanlanma

- Sanki gözün kənarları ilə görürlər

Əgər bu əlamətlər varsa, təcili həkimə getmək lazımdır”.

Mənbə: “Medicina”




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi