Bədənin yuyulmayan bu üç bölgəsi ÖLÜMCÜL İNFEKSİYAYA SƏBƏB OLA BİLƏR - FOTO
ABŞ-də yayılan bir video dünya mətbuatının gündəmini zəbt edərək müzakirələrə səbəb olub. Qısa müddətdə viral olan görüntülərdə Lindsi Zubritski adlı dermotoloq duş alan zaman bədəndə yuyulmayan üç bölgədə ölümcül infeskiayalar yarana biləcəyini deyib. Bunlar qulaq arxası, göbək dəliyi və dırnaq arasıdır.
Xarici KİV xəbər verir ki, təhlükəli infeksiyaların yarana biləcəyi ən kritik bölgə göbək dəliyidir:
"Bədənə yığılan tər və bakteriyalar burada toplanır. Əgər duş alan zaman bu bölgə təmizlənməsə orda çirkdən göbək daşı kimi tanınan omfalolit yarana bilər. Bu da daxili orqanlara mənfi təsir edərək mədə xəstəlikləri yaradır".
Zubritski ikinci ən təhlükəli bölgənin isə dırnaq arası olduğunu deyib. O qeyd edib ki, duş alan zaman mütləq fırça ilə dırnaq arası təmizlənməlidir.
Digər ölümcül infeksiya yarana biləcək bölgə isə qulaq arxasıdır. Əgər qulaq arxasında pis qoxu yaranırsa deməli oarada ölümcül virusun yaranması üçün mühit yaranır.
Bu üç bölgə təmizlənmədikdə bir çox antibiotikə qarşı dözümlü olan Staphylococcus aureus (MRSA) bakteriyası yarana bilir.
Dermatoloq onu da qeyd edib ki, axşam yatmazdan 1.5 saat əvvəl duş alma daha xeyirlidir. Eyni rejimi yemək yedikdən sonra da tətbiq edilsə daha yaxşı olar.