azia.az
azia.az

Antarktika üzərində son bir neçə ilin ən nəhəng ozon dəliyi yaranıb

8-10-2020, 10:41


Azia.az təqdim edir: Antarktika üzərindəki ozon dəliyi özünün illik pik nöqtəsinə çatıb. Hazırda o, son illərin ən geniş və əsas dərin ozon dəliyidir.
Antarktika üzərində son bir neçə ilin ən nəhəng ozon dəliyi yaranıb
AZƏRTAC bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Xəbərlər Xidmətinə istinadla məlumat yayıb.

Bu il Cənubi Yarımkürədəki ozon dəliyi avqustun ortalarından bəri sürətlə böyüyərək oktyabr ayının əvvəllərində pik həddə çataraq 24 milyon kvadrat kilometrə çatıb. Bu son on ilki orta göstəricidən yüksəkdir. İndi o, demək olar ki, bütün Antarktika ərazisini əhatə edir.

Ozon tərkibi 220 Dobson vahidindən aşağı olan ozon təbəqəsi Antarktika üzərində hər il əmələ gəlir. Lakin ozon dəliyinin ölçüsü və görünmə vaxtı ilbəil dəyişir.

95 Dobson vahidi üzrə ən aşağı ozon tərkibi bu il oktyabrın 1-də qeydə alınıb. Alimlər hesab edirlər ki, ozon təbəqəsinin tükənməsi miqyasına görə 2020-ci ilin pik həddinə çatıb.

“2020-ci ilin ozon dəliyi 2018-ci ildə müşahidə etdiyimiz kifayət qədər böyük olan dəliyə bənzəyir...”, - deyə “Kopernik” Atmosfer Monitorinqi Xidmətinin direktoru Vinsent-Anri Pex məlumat verib. O, daha sonra əlavə etdi ki, Cənubi Qütbündə ilin işıqlı vaxtının başlaması səbəbindən son həftələrdə ozon qatının daha da tükənməsi müşahidə olunur.

“Xüsusi meteoroloji şəraitin 2019-cu ildə yaratdığı qeyri-adi kiçik və qısamüddətli ozon tükənməsindən sonra bu il yenidən kifayət qədər böyük ozon dəliyi qeydə alınıb ki, bu da Monreal protokoluna ciddi riayət olunmasının zəruriliyini bir daha təsdiqləyir”, - deyə Vinsent-Anri Pex əlavə edib.

Monreal protokolu bir sıra ozon dağıdıcı kimyəvi maddələrin istehsalını və istifadəsini qadağan edir. Bu günədək xlorftoluqrerodlar da daxil olmaqla 100-dən çox oxşar maddə “qara siyahıya” daxil edilib. Lakin bu maddələrin bir neçə onillik ərzində atmosferdə qalması səbəbindən onların konsentrasiyası hələ də kifayət qədər yüksəkdir. Bunun nəticəsində də ozonun dağılma prosesi davam edir.

2018-ci ildə alimlər belə qənaətə gəliblər ki, planetin ozon təbəqəsi bərpa olunur və bu, qlobal istiləşməni ləngidə bilər. Onların fikrincə, onun bərpa olunma sürəti on il ərzində 1-3 faiz təşkil edir. Belə ki, ozon qatı bu templə Şimal Yarımkürəsi üzərində 2030-cu ildə, Cənub Yarımkürəsi üzərində 2050-ci ildə, qütüblər üzərində isə 2060-cı ildə tam bərpa olunmalıdır.

Ekspertlər 2020-ci ildə Antarktika üzərində Böyük ozon dəliyinin yaranmasını güclü, sabit və soyuq qütb qasırğası ilə əlaqələndirirlər.

Ozon təbəqəsi dünyanı günəş radiasiyasından xilas edir. Ultrabənövşəyi radiasiya isə melanomanın və digər dəri xərçənglərinin yaranmasına səbəb olur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi