Bu poliklinika söküləcək
Bakı şəhəri, Binəqədi rayonu 6-cı mikrorayon ərazisində 27 nömrəli poliklinika binası söküləcək.
“Ölkə.Az” xəbər verir ki, pliklinika binasının yerində Ailə Sağlamlıq Mərkəzi tikiləcək.
Layihə-smeta sənədlərinin hazırlanması “BİMD” MMC-yə həvalə olunub. Səhiyyə Nazirliyi layihə ilə bağlı şirkətə 132 min manat ödəniş edəcək.