azia.az
azia.az

Tərləmə problem olan şəxslərə xəbərdarlıq: əl və ayaq tərləməsi…

22-11-2022, 14:29


Əksər insanları gündəlik həyatında təsir edən həddindən artıq tərləmə, əl-ayaq tərləmə problemi ilə rastlaşır.

Azia.az xəbər verir ki, bununla əlaqədar məşhur həkim, Dos. Dr. Orhan Yücel məsləhətlər verib.
Tərləmənin insan sağlamlığı üçün çox əhəmiyyətli olduğunu qeyd edən Dos. Dr. Orxan Yücel həddən artıq tərləmənin də narahat verici olduğunu bildirib:

 "Tərləmə ilə istilik tarazlığını ən mükəmməl şəkildə təmin edirik. Ancaq tərləmənin olmaması kimi, həddindən artıq tərləmə də çox ciddi problemlərə səbəb ola bilər”.

"İnsanı depressiyaya və təkliyə sövq edə bilər. Əl və ayaq tərləməsi də çox ciddi problemlərə səbəb ola bilər. Çünki insanlar indi daha qapalı bir məkanda bir yerdə olurlar. Əvvəllər insanlar təbiətlə təmasda olduqları üçün bu tər vəziyyətini çox hiss etmirdilər. Amma indi bu, daha çox görünən və danışılan problemə çevrilib”, deyə doktor əlavə edib. 

Tərləmə problemi üçün cərrahi müdaxilə ilə bağlı sualları da cavablandıran  Yücel müalicənin tam və etibarlı xəstəxanalarda aparılması lazım olduğunu bildirib:

"Əlbəttə ki, döş qəfəsi əməliyyatı heç vaxt asan deyil, amma lazım olduqda son dərəcə sadədir. Dözülməz ağırlaşmalar çox nadir hallarda baş verir. Sinir zədələnməsi səbəbindən ağırlaşmalar yarana bilər”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi