azia.az
azia.az

Vəkiloğlu MMC -nin özbaşınalıqları - ŞOK - FOTOLAR

11-06-2020, 13:59

Vəkiloğlu MMC -nin özbaşınalıqları - ŞOK - FOTOLAR
Bu gun ölkəmizdə dövlət sektoru ilə yanaşı özəl sektorunda inkişafına hər cür şərait yaradılmışdır. Sahibkarlığın inkişafına kömək məqsədi ilə Dövlət başçısı tərəfindən hər zaman onlara dəstək verilir, onların problemləri dinlənilir, çözülir, müəyyən subsidiyalar ayrılır və onların daha da təkmilləşməsi üçün hər cür imkanlar təşkil olunur. Ölkə başçısı İlham Əliyev cənabları tərəfindən onlara daim diqqət ayrılır, qayğı göstərilir, respublikamızın iqtisadi siyası həyatında fəal iştirakına görə hər hansı maneələr aradan qaldırılır və bu kimi amillər özəl sektorun daha da çoxşaxəli inkişafının stimullaşdırmasına təkan verir.

Bəli bu gün ölkəmizdə fəaliyyət göstərən istər kiçik,istər böyük və istərsədə daha böyük iri ranqlı bizneslə -sahibkarlıqla məşğul olan MMC -lər, firmalar, Şirkətlər,özəl fabriklər -zavodlar,müştərək müəssisələr, iri holdinqlər, tikinti MTK -rı mövçuddur ki bu gun onaların inkişagı üçün Avropa standartlarına, Beynəlxalq standartlara cavab verən yüksək texnologiyaların gətirilməsində, alınmasında və bu standartlara uyğun məhsulun, malların istehsalı, emalı üçün dövlət tərəfindən hər cür şərait imtiyazlar yaradılır və daim dəstək ifadə olunur.
Vəkiloğlu MMC -nin özbaşınalıqları - ŞOK - FOTOLAR
Məhz Dövlət başçısının etdiyi dəstəyin məntiqi nəticəsidir ki,ölkəmizdə hər cür sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin istehsal etdiyi məhsullar xarici bazarlara çıxır,tanınır və öz alıcısını tapır. Bu da ölkəmizin iqtisadi qüdrətinin artmasına xidmət edir.
Bütün bunlara baxmayaraq bəzən bəzi sahibkarlar onlara verilən dəstəkdən,verilmiş imtiyazlardan kor -koranə istifadə edir, qanunları qulaq ardına vurur, insan amilini -faktorunu ön plana çəkir, işçilərlə kobud rəftar edir və harınlaşmış feodal obrazı yaradaraq işçilərlə pis davranır. Bu kimi hallar da insanların haqlı narazılığına səbəb olur.

Belə idarəetmənin səhv nəticəsidir ki həmin müəssisələrdə nizam -intizam həmişə pozulur, gıgıyenık qaydalara əməl olunmur, anti sanitariya baş alıb gedir, işçilər zəruri ləvazimatlarla, xüsusi geyimlərlə təmin olunmur və umimiyyətlə təhlükəsizlik qaydalarına riayət olunmur. Araşdırmalar zamanı dəfələrlə məlum olmuşdur ki, işçilərlə çox vaxt əmək müqaviləsi bağlanmır, onların istehsalatdakı əmək fəaliyyəti -həyatı təhlükəsi risk altına atılaraq sığorta olunmur. İnsanlar əlavə saat işləməsinə baxmayaraq əlavə işə görə əmək haqqı ödənilmir, incidilir və işçilər tərəfindən hər hansı tələblər, hər hansı suallar yarandıqda dərhal müdiriyyət tərəfindən adekvat cavab alaraq işdən qovulmaq təhlükəsı ilə hədələnirlər.

Təcrübədən aydındır ki belə müəssisələrdə verğidən yayınma halları, DSMF -dən, Əmək müffətişliyindən gizlənmə faktları aşkar olunur. Sonda isə bundan Dövlət və vətəndaş əziyyət çəkir.

Bizdə Azinfo TV olaraq bizə olunan müraciətlərin və saysız telofon zənglərinin müqabilində araşdırma aparmaq məqsədi ilə Tər -Tər rayonuna üz tutduq. Tər -Tər istirahət mərkəzində, Tər -Tər-in Xoruzlu kəndində istehsal olunan Vəkiloğlu MMC-yə məxsus (Patron tumları)
müəssısədə müəyyən müşahidələrimizi apardıq. Pat Oil yanacaq doldurma məntəqəsində, Avto -900-avto yuma sexində olduq. Rəhbərliklə,hər hansı səlahiyyətli ilə görüşüb suallarımıza cavab axtardıq. Amma buna nail ola bilmədik. Bizə olunan bu müraciətlərdə həmin obyektlərdə işçilərin əmək müqaviləsi bağlanılmadan işlədilməsindən, karantin qaydalarına əməl olunmamasından və heç bir gigiyenik qaydalara riayət edilməməsindən söhbət açılır. Vaxtaşırı dövrü mətbuatda "Patron "tumları barədə tənqidi yazılar dərc edilmişdir. Aldadıcı reklamlarla öz alıcılarını şirnikdirən bu məhsul barədə obrazlı şəkildə desək daim iradlar ittihamlar səsləndirilmişdir.

Təəssüflər olsun ki, bu gün respublikamızda bəzi malların və məhsulların reklamı məsələsində yalan vədlər şişirtmələr baş alıb gedir. Məhsulun keyfiyyətinə, uyğunluq sertifikatına fikir verməkdənsə malın reklamına, aldadıcı şüarlara üstünlük verməklə daha da çox satılmasına şərait yaradılır. Çoxlarımıza bəllidirki bəzi məhsulların üzərində "hədiyyəli", "uduşlu","kontur" və "Bəxtini bir daha sına"sözlərinə tez-tez rast gəlinir. Amma inanmırıq ki hər hansı alıcı bu cür aldadıcı reklamdan və həmdə məhsulun keyfiyyətindən məmnun olsun. Bu sadəcə harınlaşmış bəzi biznesmənlərin daha da varlanmasına gətirib çıxarır. Istehsalçı ilə İstelakçı arasında narazılıq yaradır. Həm insanların hüquqları pozulur həm də onlara olan inamı azaldır. Bunun bariz nümunəsi olaraq "Patron"-günəbaxan tumlarının satışı ilə məşğul olan Elşad Malik oğlu Məmmədovun misalında gördük. "Qəhrəmanımız"-Elşad Məmmədovun Hacıqəbul rayonunun ərazisində karantin dövründə törətdiyi -polisi vurub qaçması cinayəti harınlığın pis nümunəsidir. Minlərlə alıcıların aldanılması, keyfiyyətsiz məhsulların obrazlı şəkildə desək sırınması naminə hədsiz varlanmanın son aqibəti çoxda yaxşı sonluqla qurtarmır.

Tər-Tər -də olduğumuz müddətdə Tər-Tər istirahət mərkəzində alovlanan manqaldan atmosferə yayılan yanmış qazların miqdarı qat- qat artıq olduğu, normativin tələblərinə cavab vermədiyi və uyğunluq standartlarına uyğun gəlmədiyi aydın sezilir. Nəticədə bu da ətraf mühitin zəhərlənməsinə -korlanmasına və orada yaşayan insanların həyatına,faunaya təhlükə yaradır. Apardığımız müşahidələrə, edilən müraciətlərə, eşitdiklərimizə rəğmən ətraflı izaha və bəzi suallara cavab almaq məqsədi ilə bütün bu obyektlərin-müəsissələrin səlahiyyətlisi Xəzər adlı birisi ilə əlaqə saxlayıb görüşmək istədiyimizi,bəzi məqamlara -suallara aydınlıq gətirməyimizi bildirsəkdə onunla görüşmək bizə müfəssəl olmadı. O görüşməyə razılıq versədə sonda telofonlara cavab vermədi. Gəldiyimiz qənaət budur ki bu müəssisənin, Tər -Tər istirahət mərkəzinin, Pat Oil yanacaq doldurma məntəqəsinin, Avto -900-avto yuma sexinin və diğər bilmədiklərimiz obyektlərin aidiyyatı qurumlar və hüquq mühafizə orqanları tərəfindən zəruri araşdırılmasına artıq təcili ehtiyac yaranıb. Bu məsələlərlə bağlı Tər -Tər icra hakimiyyətinin ictimai -siyasi və humanitar şöbəsinin rəsmisi Elvin müəllimə muraciət etsəkdə o da öz növbəsində Xəzər müəllimə dəstək ifadə edərək dövlət rəsmisinə,dövlət məmuruna və ən azı ziyalıya yaraşmayan tərzdə bizlərə hörmətsizlik nümayiş etdirdi. Bizdə Tər-Tər ictimaiyyətinə, Tər-Tər rayon icra hakimiyyətinin başçısına və rəsmilərinə, Tər-Tər rayonu hüquq mühafizə orqanlarına müraciət ünvanlayaraq soruşuruq ki bu nə dərəcədə etikdir?Bu biznesmen hansı korporativ maraqlar müqabilində belə güclü himayə olunur?
Dövrü mətbuatda hər zaman haqlı tənqidlərə və jurnalıst araşdırmalarının həqiqəti əks etdirən faktlarına tuş gəlməsinə səbəb olan harınlaşmış iş adamları haqqında niyə ölçü götürülmir? Belə insanların arxasında hansı sehirli əl dayanır?
Bizdə hər zaman Dövlətə Dövlətçiliyə xalqa millətə xidmət edərək və hər zaman daxili və xarici siyasətin bəyəndiyimiz dəstəklədiyimiz İlham Əliyev cənablarının tövsiyyələrinə -tapşırıqlarına rəğmən İcrimai nəzarətin bir KİV - i olaraq məmnuniyyətlə bu suallara cavab tapmaq istərdik.
Sonda Azinfo TV olaraq qarşı tərəfin mövqeyini öyrənməyə -dinləməyə və münasibət bildirməsinə hazırıq.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi