Respublikamızda fəaliyyət göstərən tibb ocaqlarından biri də Sabunçu rayonundakı 12 saylı poliklinikasıdır. Poliklinikada çalışan həkim personalı işlərini daim günün tələbləri səviyyəsində qururlar. Bunun da əsas amili səriştəli rəhbərliyin olmasıdır. Baş həkim Abdulkərimova Samiyə Əhməd qızının rəhbərlik etdiyi bu tibb ocağı bir çox uğurlara imza atıb. Samiyə həkimin ətrafında çalışan həkimlər də təcrübəli və savadlıdırlar. Onlardan şöbə müdiri Vüsalə həkim Rzayeva uşaq şöbəsinin müdiri Hacıyeva Ülviyyə (25 il iş təcrübəsi var ), pediatr həkim Dəmirçiyeva Sevda həkim (10il iişləyir ), pediatr nervpatoloq Əsədova Güldanə, (20 ildən artıqdır işləyir), oftolmoloq Elnarə Qafarova, stomatoloq Tağızadə Elçin, nervpatoloq Faimə Abdullayeva, müdirin lazımi işlərini icra edən Vəliyeva və digərləri bu tibb ocağında uşaqların və böyüklərin sağlamlığı keşiyində dayanıblar.
Biz də öz növbəmizdə bu şəfalı əllərin sahiblərinə möhkəm cansağlığı, işlərində uğurlar arzulayırıq.
Ceyhun