azia.az
azia.az

“Tibbi sığotanın adı var, özü yoxdur”

4-10-2022, 08:33



“Artıq bir neçə ildir ki, vətəndaşlar icbari tibbi sığorta ödəyicisidirlər. Lakin indiyədək qohum-qardaş, dost-tanış arasında tibbi sığortadan istifadə edən bir nəfər də tanımıram.

Məncə, tibbi sığotanın adı var, özü yoxdur. Buna görə minlərlə insan xəstə olmasına rəğmən normal müayinə və müalicə oluna bilmir”.

Bu fikirləri açıqlamasında tanınmış jurnalist Seymur Verdizadə deyib. Ekspert əlavə edib ki, bu sahədə maarifləndirməyə ciddi ehtiyac var:



“Amma, təbliğatın arxasında da real iş dayanmalıdır. İnsanlara konkret yardım göstərmək lazımdır. Azərbaycan xəstəxanalarında rüşvət o qədər dərin kök salıb ki, çox az adam pulsuz müayinə oluna biləcəyini ağlının ucundan belə keçirmir. Düşünürəm ki, bu sahədə ciddi işlərin görülməsi zəruridir. Ümumiyyətlə, vətəndaşları tibbi sığorta ilə bağlı narahat edən bir çox məqamlar var. Məsələn, vətəndaşlara konkret olaraq göstərilmir ki, ilk olaraq nə etmək lazımdır. Bu səbəbdən də, günlərlə vətəndaş növbə tutmalı olur ki, bu da vaxt itkisi deməkdir. Ümumiyyətlə, hesab edirəm ki, bu sahədə ciddi işlər görülməlidir”.

Nəzrin


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi