azia.az
azia.az

Bu dərmanlar heyvanların ən pis yerlərindən hazırlanır - Türk professor İNANILMAZ SİRLƏRİ AÇDI (VİDEO)

10-09-2022, 18:48

Bu dərmanlar heyvanların ən pis yerlərindən hazırlanır - Türk professor İNANILMAZ SİRLƏRİ AÇDI (VİDEO)
Bir neçə həftədir kök hüceyrə və yaşlanma mövzusunda silsilə şəkildə müsahibələrini təqdim etdiyimiz Estetik, Plastik və Rekonstruktiv Cərrah, kök hüceyrəsi transplantasiyası üzrə mütəxəssis, Genkord – kök hüceyrə bankının sahibi və Tibbi Direktoru Prof. Dr. Gürsel Turqutla bu dəfə Bakıda söhbət etmək imkanımız oldu.

Publika.az-a son müsahibəsində 120 yaşa qədər yaşamağın mümkün olduğunu ifadə edən Prof. Dr. Gürsel Turqut bildirib ki, stressi azaltmaqla, öz metabolik və hormonal quruluşunuza uyğun olaraq qidalanmaqla və aktiv bir həyat sürməklə 120 yaşa qədər sağlam ömür sürə bilərsiniz.
- Professor, Bakıya gəliş səbəbinizi bilmək istərdik.

- Bakı ikinci məmləkətimdir, tarixə söykənsək, azərbaycanlılar həmyerlilərimdir. Buranın mədəniyyəti, yeməyi, içməyi yaşadığım yerlə demək olar ki, eynidir. Odur ki, Bakını vətənim kimi görürəm. İkincisi, Türkiyədə ilk qurulan Genkord – kök hüceyrə bankının sahibi və tibbi direktoruyam. Bu sahədəki fəaliyyətlərimizi Azərbaycanda da genişləşdirmək istəyirik. Hazırda Referans Qrupla bu barədə müzakirələrimiz davam edir.


- Azərbaycanda kök hüceyrə mərkəzinin yaradılmasının əhəmiyyəti nədən ibarət olacaq?
Bu dərmanlar heyvanların ən pis yerlərindən hazırlanır - Türk professor İNANILMAZ SİRLƏRİ AÇDI (VİDEO)
- Hüceyrəvi müalicələr dünyada getdikcə daha mühüm əhəmiyyət kəsb edir. Məsələn, Özdem xanmla tanınmış professor Uğur Şahinin hazırladığı Biontech vaksini belə bir laboratoriyada ərsəyə gəlib. Dünyadakı böyük dərman firmaların böyük əksəriyyəti kök hüceyrə tərkibli müalicə məhsullar istehsal edir və bütün yatırımlarını bura edirlər. Dünyada texnologiyanı izləmək, bir nöqtəyə gəlmək və müalicələrinizi effektiv şəkildə yeniləmək istəyirsinizsə, kök hüceyrə mərkəzləri bunun üçün ən strateji sahələrdir. Hər ölkənin bu cür hüceyrə müalicə mərkəzləri olmalıdır. Çünki Amerikada və ya Almaniyada hazırlanan kök hüceyrələrin Azərbaycana gətirilməsi və xəstəyə tətbiq edilməsi mümkün olan iş deyil. Belə bir şnsınız yoxdur. Əldə edilən kök hüceyrələr canlı hüceyrələrdir və bu canlı hüceyrələri təyyarə ya karqo şirkəti ilə daşımaq mümkün deyil.


- Niyə kök hüceyrələri bir ölkədən digərinə aparmaq olmaz?

- Onu qopmuş bir barmaq kimi düşünün. Əldə olunmuş kök hüceyrələr sürətlə xəstəyə verilməlidir. Xərçəng və ya immun terapiya üçün hər xəstəni Amrikaya göndərməlisiniz. Bu müalicələr üçün hər bir xəstə başına bir milyon dollar tələb olunur. Ya kök hüceyrə mərkəzlərinin lisenziyasını alıb Azərbaycanda xidmət göstərəcəksiniz.

- Azərbaycanda kök hüceyrə mərkəzi yaradılarsa, bu mərkəz hansı xəstəliklərin müalicəsində müsbət nəticələr əldə etməyə kömək edəcək?

- Kök hüceyrə adı altında insanlara bir çox məhsul təqdim edilir. Məsələn, diz içinə və ya üzə ineksiya edilən PRP. Lakin PRP kök hüceyrə deyil. Digər bir məhsul xəstənin yağlarından əldə ediən SVF-dir. Əslində bu da kök hüceyrə deyil.


Bu baxımdan verilən kök hüceyrələrin dünya standartlarına cavab verən GMP laboratoriyalarında əldə edilməsi və sağlam şəkildə insana vurulması lazımdır. Əks halda nə qədər kök hüceyrə əldə etdiyinizi bilməniz mümkünsüzdür.

Xüsusilə son on ildə bütün Nobel mükafatları kök hüceyrə tərkibli karti və immunoterapiyalara verilir. Məsələn, Novartis lemfoma xəstəliyində istifadə edilir. Eyni zamanda talasemiyya və leykimya müalicəsində standart kök hüceyrə tətbiq edilir. Burada kök hüceyrələr sümük iliyindən əldə olunur. Eyni zamanda əsasən sağalmayan diabetik yaralarda damaları artırmaq üçün kök hüceyrələr ayaq damarlarından ineksya edilir.


Bunun xaricində insanların yaşamını uzatmaq, gəncləşdirmək və bəlli xəstəliklərdən qorumaq üçün estetik və anti-eycinq məqsədilə də kök hüceyrə müalicəsinə müraciət edirik. Həmçinin orqan transplantasiyasında bədən onu rədd edə bilər, bunun qarşısını almaq üçün kök hüceyrə istifadə edirik. Günümüzdə kök hüceyrənin geniş şəkildə istifadə edildiyi sahələrdən biri də COVID-19 xəstələridir. COVID xəstələrində sitokin fırtınası meydana gəlməsi insanların orqan və ağciyərlərində ciddi fəsadlar yaradır. Bunun qarşısını alan ən gözəl məhsullardan biri kök hüceyrələrdir. COVID xəstələrinə uşaqların kordon qanından əldə edilən hazır kök hüceyrələr verilir. Xüsusilə xəstə reanimasiya şöbəsinə yatırılanda və sitokin fırtınası təhlükəsi meydana gələndə kök hüceyrə müalicəsinə başlamaqla, sürətli bərpaedici mexanizmin işə düşdüyünü görürük. Oksigen cihazına bağlanma mərhələsində kovid xəstələrinə 3 və ya 6 seans olmaqla damardan kök hüceyrə ineksiya etməyə başlayırıq. Bu da müəyyən bir miqdarda verilir, müalicə protokolları var. Hər kq-a görə 1 milyon kök hüceyrə düşür. Məsələn, 70 kq çəkisi olan adama 70 ilə 350 milyon arasında kök hüceyrə verilməlidir ki, gözlənilən nəticə əldə edilsin.


- Xərçəngin müalicəsində kök hüceyrə sayəsində hansı nəticə əldə oluna bilir?


- İlk növbədə onu qeyd edim ki, kök hüceyrələrin xərçəngə səbəb olması haqqında yayılan iddialar əsassızdır. Qanımızda dolaşan müdafiə hüceyrələri var. Hər bir insanın bədəni bir ildə təxminən 10-15 dəfə xərçəng hüceyrələrinə məruz qalır. Qanda meydana gələn bu xərçəng hüceyrələrini immun sistemimiz tək-tək tapır və yox edər. Əgər immunitetin T hüceyrələri onları yox edə bilməyibsə, xərçəng hüceyrələri bir orqana yerləşib orada çoxalmağa başlayır və görünməz hala gəlir. Bu halda T hüceyrələri xərçəng hüceyrələrini tapa bilmir. Biz isə xəstənin T hüceyrələrini toplayıb laboratoriyada çoxaldır və xərçəng hüceyrələrini görə biləcək hala gətiririk. T hüceyrələrini yenidən qana ineksiya etdikdə xərçəng hüceyrələrini yox edir. Bəzi xəstəliklərin müalicəsində kök hüceyrə Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən təsdiqləndəsə də, xərçəng xəstəliklərində 100 faizlik nəticə vəd etmir. Amma bir çox əməliyyat və onkoloji xəstəliklərə dəstək məqsədilə istifadə edə bilirik. Laboratoriyalarda kök hüceyrələrin istədiyimiz özəllliklərini dəyişdirərək insanlara vurur və xərçənglə mübarizə edə biləcək hala gətiririk.

- İnsanları maraqlandıran suallarından biri də kök hüceyrə müalicəsinin qiymətləridir.

- Bu, köçürülən yerdən və miqdarından, hüceyrənin növündən və sayından asılıdır. Məsələn, diz oynağının artritində kök hüceyrə müalicəsi 2500-3000 manat təşkil edir. Başqa müalicələrdə bu rəqəm 10-15 min manata başa çıxa bilər.

Bildiyim qədər bu gün Azərbaycanda PRP ilə diz oynaqları müalicəsi 2000-3000 arasında başa gəlir. Biz isə gətirdiyimiz sistemlə eyni qiymətə gerçək kök hüceyrə verərək insanların diz oynaq problemlərini aradan qaldırırıq.

- Həkim, PRP ilə kök hüceyrə müalicəsinin əsas fərqi nədir?

- PRP-nin mahiyyəti insanın öz qanının plazmasından sadəcə trombositləri alaraq müalicə olunacaq bölgəyə mezoterapiya şəklində inyeksiya etməkdir. Onun içindəki böyümə faktorları sizin hüceyrələrinizə xəbərdarlıq göndərir.

Kök hüceyrədə isə biz problem olan nahiyənin nəyə ehtiyacı varsa, o hüceyrələri çoxaldır və istifadə edirik.

- Kök hüceyrə müalicəsi alan xəstələr onun təsirinin qalıcı olması üçün nələrə diqqət etməlidir?

- Burada xüsusi bir şərtimiz yoxdur, demək olar ki, hər kəsə kök hüceyrə verə bilirik. Hətta müəyyən bir yaş həddindən sonra yaşlılıq prosesini ləngitmək məqsədilə istifadə edə bilərik. Bu, kliniki baxımdan ortaya çıxmayan fəsadların da qarşısının alınmasında müsbət təsir göstərə bilir.



- Bu qənaətə gəlirik ki, kök hüceyrə yaşlanmanı dayandıran və ya ləngidən dünyadakı ən son yeniliklərdən biridir?

- İnsanın yaşam tərzi və bədənin məruz qaldığı xəstəliklərə əsasən xromosomların ucunda yerləşən telomerlər zamanla qısalır. Bu telomerlər bəzilərində çox sürətlə qısalır, bəzilərində isə ləng. Telomerlər yarıya düşəndə hüceyrələrimiz avtomatik olaraq ölür və ölüm gerçəkləşir. Telomerlərin qısalma süərtini azaltmağın bir çox yolları var. Əlbəttə ki, ilk növbədə stressdən uzaq durmağa və bədənin xəstəliklərə daha az məruz qalmasına çalışmalısınız, xərçəng riskini önləməli və travmaları qısa müddətdə müalicə etdirməlisiniz. Bu sayədə telomerlər normal ritmində qısalacaq. Telomerlər normal ritmdə qısalarsa, insan xərçəng və infarkt kimi xəstəliklərlə qarşılaşmadığı zaman 125 yaşına qədər sağlam ömür sürə bilər.

Əgər stress altındasınızsa və ya xəstəsinizsə, immun hüceyrələriniz də eyni vəziyyətdədir. Belə olan halda hər il 10-15 dəfə məruz qaldığınız xərçəng hüceyrələrinin hücumuna qarşı immunitetin müdafiə hüceyrələrini öz vəzifəsini yerinə yetirə bilməyəcək. Müdaifə hüceyrələrini kənardan sizə köçürməklə müxtəlif problemlərin qarşısını ala bilirik. Bu sayədə xəstələnmirsiniz, xəstələnmədiyiniz üçün telomerlərin qısalma prosesi çox ləng gedir. Beləliklə ömrünüz uzanır.

- Gürsel bəy, hansı insanlar daha gec yaşlanır sualına belə cavab verə bilərikmi: daha az stress altından olan və sağlam həyat tərzi sürənlər.

- Ən sağlam insanlar onlardır ki, onlarda immun sistemi yaxşı işləyir. Bunun üçün nə etməliyik? Birincisi, xəstəliklərə qarşı özünüzü maksimum şəkildə qorumağa çalışın, daha sonra düzgün yuxu rejiminiz olmalıdır. Düzgün qidalanma da əsas faktorlardan biridir. Ən nəhayət emosional fon və cinsi həyatınız normal vəziyyətdə olmalıdır. Əgər bunları təmin etsəniz, bədəninizdəki qoruyucu və müdafiə hüceyrələri eyni dərəcədə güclü olacaq.

Bütün bunlara əməl edə bilərsiniz, təəssüf ki, bəzən genetik amillər öz sözünü deyir. İrsi səbəblərdən dolayı bəzi insanları ağciyər xərçəngi, bəziləri şəkər xəstəliyə tutula bilər. Bu durumda genetik profilinizi çıxarıb sizi gözləyən riskləri hesablayın, vəziyyət ağırlaşamadan həkim nəzarətindən keçin, xəstəliyin yaranmasının qarşısını almağa və ya onu ən yüngül şəkildə keçirtməyin yollarını tapmağa çalışın.

- Bir qədər estetik əməliyyatlar haqqında danışaq. Günümüzdə ən təhlükəli hesab etdiyiniz estetik və ya plastik əməliyyatlar hansılardır?

- Əgər ürək əməliyyatından söhbət gedirsə, ortada bir risk var və bu riski əməliyyatla aradan qaldırmaq lazım gəlir. Əməliyyat etməsəniz, o xəstə onsuz da öləcək. Estetik əməliyyatlarda belə bir təhlükə yoxdur. Çünki estetik əməliyyat etdirən insanlar xəstə deyil. Əsas məsələ odur ki, həkim seçimini düzgün etməlisiniz. Peşəkar həkim xəstəni yoxlayacaq və lazım olan analizlərdən keçirəcək. Əgər risk varsa, onun səbəblərini izah edəcək.

Əgər plastik cərrahnız, xəstəxana, tibbi personal və anestezioloq peşəkar deyilsə, ən bəsit əməliyyat belə sizin üçün risklidir. Bunun xaricində həyata keçirilən heç bir estetik əməliyyat riskli hesab olunmur.

- Bu gün dolğu və botoks bütün dünyada olduqca dəbdədir. Bəzi mütəxəssislər dolğunu bədənə də tətbiq edir. Bunun fəsadları haqqında nə deyə bilərsiniz?

- Burda da önəmli olan botoks və dolğu deyil, onu həyata keçirən həkimin peşəkarlıq səviyyəsidir. Botoks bütün dünyanın istifadə etdiyi bir dərmandır. Doğru yerdə və doğru miqdarda istifadə edildiyi halda heç bir zərəri yoxdur.

Dolğulara gəldikdə təbiilikdən kənara çıxmamağı və yetərli miqdarda istifadə etməyi təklif edirəm. Ən pis nəticələrdən biri “eycless” - yaşsızlıq deyilən görüntü ilə qarşı-qarşıya qalmaqdır. Əgər gənc yaşda hər yerinizi dolğu və botoks etdirərsiniz, eyni müdaxilələri etdirən 65 yaşlı qadınla eyni nəticə əldə edəcəksiniz. Odur ki, burada təbiiliyi qorumaq ən vacib amildir. Sizin təbii görüntünüzü pozmamaq, 65 yaşlı qadınla sizin eyni görünməməyinizi təmin etmək lazımdır. Bu mənada estetik cərrahınızın baxışı və sizin də ona tabe olmanız çox önəmlidir. Xüsusilə şərq ölkələrində böyük dodaqlar və böyük ombalar aşırı dərəcədə tələb olunur. Həkim olaraq böyük dodaqları hər kəsə tətbiq etmirəm və məsləhət görmürəm. Amerika və Avropa vəziyyət bu dəcərədə deyil.

İstifadə olunan məhsulları sınanmış və çox tanınan markalara aiddirsə, hər hansı problem yaşamayacaqsınız. Burada önəmli olan miqdar yox, təbii estetik görüntü yaratmaqdır.

- Ortaya belə bir sual çıxır. Niyə kişiləri olduğu kimi qəbul edirik, amma xanımlardan maksimum gözəllik, ideallıq tələb olunur? Fikriniz maraqlıdır.

- Problem kişilərdə deyil, qadınlarla bağlıdır. Çünki qadınlar bir-birini olduğu kimi qəbul etmir. Kişinin hansısa bir qadının görünüşünə irad bildirməsi nadir haldır. Amma bu məsələdə qadınlar bir-birinə qarşı inanılmaz dərəcədə acımasız davranır. Ən kiçik asimmetriyanı belə bir-birinə birbaşa və ya dolayı yollarla hiss etdirə bilirlər.

- Bu, bir xəstəlikdir?

- Təbii ki! Xüsusilə instaqram filterlərinin gündəmə girməsi nəticəsində hər kəs son dərəcə ideal görüntü əldə etmək istəyir. Bu da təbii olaraq yarışma duyğusuna və çox aldadıcı dünyaya yol açır. Filterden istifadən edən insan güzgüyə baxandan özündən razı qalmır. Odur ki, estetik əməliyyatlara olan tələbat artır.

- Kollagen həbləri də günümüzün trendlərindən biridir. Onların yaşlanma üzərində güclü bir təsiri varmı?

- Bu dərman deyil, dəstəkləyici əlavələrdir. Kollagen həblərinin dərinin təbii kollagen istehsalını artırması iddia olunur. Bu, ağ yalandır. Əslində kollagen bədəndə ən böyük proteinlərdən biridir. Bazardan aldığınız kollagen həbləri heyvanların ən pis, ən atılmalı yerlərindən, parçalanmış və işə yaramayan dərilərindən hazırlanır. Bilin ki, yediyiniz 50 qram ətin faydası bahalı kollagen həblərindən qat-qat faydalı və keyfiyyətlidir. Kollagen həbləri, balıq və ya ət protein halındadır, çeynədiyiniz andan etibarən parçalanmağa başlayır, öncə mədədə, daha sonra bağırsaqlarda amin turşusu kimi əmilir. Odur ki, yumruta, ət və kollagen həbi arasında fərq yoxdur. Hamısı amin turşularına parçalanır və bədən tərəfindən əmilir. Yəni kollagen həbləri bağırsaqlardan kollagen olaraq əmilib dəriyə daxil olmur. Bağırsaqların bu həbləri kollagen olaraq mənimsəməsi və qanda kollagen olaraq axın etdirməsi sıfır ehtimaldır.

Bu, bir nağıldır. Nağılın heç olmasa bir fantaziyası və özünəxas dünyası var, kollagen həbləri isə böyük yalandır. Kollagenə verdiyiniz pula gedin ət və balıq alın, daha çox fayda görərsiniz.

- Dəyərli tövsiyələriniz üçün təşəkkür edirəm. Düşünürəm ki, söhbətimiz maraqlı alındı. Sonda azərbaycanlı xanımlara nə demək istərdiniz?

- Təbiiliyə üstünlük verin. Həddən artıq böyük yanaq, dodaq və ombalar etdirməyin. Qeyri-təbii estetik müdaxilələrdən uzaq durun. Həkiminizi diqqətlə seçin. Bu sahədə təhsil alan, təcrübə qazanmış peşəkar həkimlərə müraciət edin. Sağlam qidalanmaya sadiq qalın, ürəyiniz şirniyyat yemək istəyirsə, onu yeyin. Əlbəttə ki, həddi aşmamaq şərti ilə. Özünüzü kəskin şəkildə məhdudlaşdırmayın, balanslı qidalanmağa çalışın. Bir də sağlam ruhsal və cinsəl yaşama diqqət edib.



Aytən Məftun,F

Video: Röyal Adıgözəlov,

Montaj: Ramazan Vəliyev


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi