azia.az
azia.az

Çiyələklərdən hepatit A xəstəliyi yayılır- Səhiyyə Agentlikləri

1-06-2022, 22:07

Çiyələklərdən hepatit A xəstəliyi yayılır- Səhiyyə Agentlikləri
ABŞ və Kanadada bir sıra səhiyyə agentlikləri mart və aprel aylarında alınmış üzvi çiyələklərlə əlaqəli Hepatit A epidemiyasını araşdırıblar.

Azia.az xəbər verir ki, artıq ABŞ Qida və Dərman İdarəsi (FDA) istehlakçıları böyük market şəbəkələrində satılan “FreshKampo” və “HEB” çiyələk markalarından imtina barədə xəbərdarlıq edib.

FDA-nın məlumatına görə, epidemioloji məlumatlar göstərir ki, 5 mart və 25 aprel tarixləri arasında satılan təzə üzvi çiyələk markaları bu epidemiyada xəstəliyin mümkün səbəbidir.

Çiyələklərin rəflərdəki ömrü bitsə də, FDA meyvəni dondurub saxlayan hər kəsi onları zibil qutusuna atması barədə xəbərdarlıq edib.

Qeyd edək ki, ABŞ-da Hepatit A-ya ümumilikdə 17 nəfərin yoluxduğu bildirilir. /telefraf.com/


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi